Bakı şəhər prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
20-07-2022 [15:30]
İyul ayının 20-də Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2022-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, müşavirə iştirakçıları tərəfindən şəhər prokurorluğunun inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilməklə xatirəsinə ehtiram əlaməti olaraq tər güllər düzülmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov 2022-ci ilin birinci yarımilində ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində cəmiyyətin bütün sahələrində davamlı tərəqqiyə nail olunduğunu, əhalinin gəlirləri artmaqla həyat şəraitinin yaxşılaşdığını, azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin, infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.
Şəhid ailələrinin, müharibə iştirakçılarının qayğıları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən daim nəzarətdə saxlanılmaqla, onların müraciətlərinin vaxtında həlli istiqamətində prokurorluq orqanları üzrə operativ tədbirlərin görülməsi təmin edilir.
2020-ci ilin may ayından etibarən ölkə prokurorluğunda aparılan islahatlar paytaxtın prokurorluq orqanlarında da davam etdirilməklə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə cari ilin 28 aprel tarixində Bakı şəhər prokurorluğunda keçirilmiş əməliyyat müşavirəsində müəyyənləşdirilən vəzifələrin icrası ən prioritet məsələlərdən biridir.
2022-ci ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8008 törədilmiş cinayət hadisəsi qeydiyyata alınmışdır ki, həmin cinayətlərin 88,9%-nin açılması təmin edilmişdir.
Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri ərazisində qeydə alınmış 27 qəsdən adam öldürmə və 6 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin edilmişdir.
2022-ci ilin birinci yarımili ərzində Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2639 fakt qeydə alınmışdır ki, həmin hadisələrdən 933 fakt satışla bağlı olmuşdur.
Bakı şəhər prokuroru çıxışında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının satışı ilə məşğul olan mənbələrin müəyyən edilməsi ilə bağlı əməliyyat–istintaq tədbirlərinin daha da gücləndirilməsini nəzərə çatdırdı.
Quldurluqla bağlı müvafiq dövr ərzində 30 hadisə qeydə alınmış, onlarda 97,1 %-nin açılması təmin edilib.
Müşavirədə həmçinin axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı konkret tapşırıqlar verilib.
Bakı şəhər prokurorluğunun diqqət mərkəzində olan məsələlərdən biri də ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı olan cinayət işləri olmuşdur ki, müvafiq dövr ərzində ölümlə nəticələnən 100 yol-nəqliyyat hadisəsi qeydə alınmış və həmin hadisələrin açılması təmin edilib.
Qeyd edilib ki, ümumilikdə şəhərin prokurorluq orqanlarının icraatında olan 381 işdən 171-i, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 9236 cinayət işindən 3498-nin istintaqı tamamlanmışdır. Onlardan polis orqanları tərəfindən 2897, prokurorluq orqanları tərəfindən 97 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.
Bakı şəhəri üzrə prokurorluq və daxili işlər orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə fiziki və hüquqi şəxslərə vurulmuş 19.855.211 manat məbləğdə maddi ziyandan 64,6 %, yəni 12.820.852 manat hissəsinin ödənilməsinə nail olunub.
Əməliyyat müşavirəsində vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunmuş, xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə təxirəsalınmadan baxılmaqla, onların dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanıb.
Bakı şəhər prokurorluq orqanlarına 8853 müraciət daxil olmuş, onlardan 3450-i baxılmış, o cümlədən 948-i təmin edilmişdir.
Bakı şəhəri və tabe rayon prokurorluqlarında 3199 vətəndaş qəbul olunub.
Bakı şəhər prokurorluğunun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə cari ilin birinci yarımilinin nəticələrinə görə artım dinamikası müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.
Əməliyyat müşavirəsində Bakı şəhərinin tabe rayon prokurorları hesabat məruzə ilə çıxış edərək, görülən işlərin vəziyyəti barədə məlumat vermiş, yol verilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildiriliblər.
Hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. 2022-ci ilin birinci yarımili ərzində şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 6 nəfər intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 2 nəfərə töhmət, 1 nəfər şiddətli töhmət verilmiş, 1 nəfərə irad tutulmuş, 1 nəfər tutduğu vəzifədən azad olunmuş, 1 nəfər prokurorluq orqanlarından xaric edilib.
Əməliyyat müşavirəsinə yekun vuran Bakı şəhər prokuroru Elşən Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin qorunması üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəklərinə əminliyini ifadə edib.
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SAHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)
Xocalı rayonunun iki kəndinə növbəti köç olub
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Nazir generalın qardaşını təqaüdə göndərdi
TƏBİB-in keçmiş sədri QHT rəhbəri oldu
Deputat Səməd Seyidovun kürəkəni vəzifəyə təyin edilib
Keçmiş vəkil həbs edilib - Səbəb
Prezident İlham Əliyev general-qubernatora məktub ünvanlayıb - MƏTN
Şəhid şair Bəhmən Abuzəroğlunun xatirəsi yad edildi - FOTOLAR