Xaçmazda istirahət mərkəzində 10 nəfər zəhərlənib - TƏBİB açıqlama yaydı

img

20-07-2022 [12:21]


Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.

Bu barədə TƏBİB-dən bildirilib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar: "11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir".

***

Xaçmazda istirahət mərkəzində 5 nəfər zəhərlənib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra 5 nəfərin vəziyyəti pisləşib.Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə onlar qidadan zəhərlənib.

Fakt araşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA