ABŞ bu həftə Ukraynaya yeni raket sistemləri göndərəcək

img

20-07-2022 [09:21]


Amerika Birləşmiş Ştatları (ABŞ) bu həftə Ukraynaya HIMARS reaktiv yaylım atəş sistemi və döyüş sursatları, həmçinin artilleriya mərmiləri daxil olmaqla yeni hərbi yardım paketi ayıracaq.

Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Bu həftənin sonunda administrasiya prezident tərəfindən Ukrayna üçün yeni silah və hərbi texnika paketinin ayrılacağını elan edəcək. Bu paketə ukraynalıların çox səmərəli istifadə etdiyi daha çox HIMARS sistemləri, həmçinin reaktiv yaylım atəş sistemi və artilleriya mərmiləri üçün əlavə sursatlar daxil olacaq”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA