Ərdoğanla Putin İranda bir araya gəldi: nələr müzakirə edilib?

img

19-07-2022 [21:45]


Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin İranda görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə Putin hər şeyə rəğmən, Moskva ilə Ankara arasında münasibətlərin inkişaf etdiyini deyib: "Ölkələrimiz arasında ticarət dövriyyəsi əhəmiyyətli sürətlə artır".

Rəcəb Tayyib Ərdoğan Ukrayna taxılının Qara dəniz limanlarından ixracına dair danışıqların uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib. Taxıl ixracı ilə bağlı vəziyyətdən danışan Ərdoğan Rusiyanın bu məsələdə konstruktiv vasitəçilik rolunu qeyd edib.

Suriya ilə bağlı Astana formatında bir araya gəlməyin böyük üstünlük olduğunu vurğulayan Ərdoğan deyib ki, burada əldə edəcəyimiz nəticə bütün dünya üçün müsbətdir: "Ümid edirəm ki, Rusiyanın vasitəçilik formatında rolu müsbət olacaq. Danışıqların məhsuldar olacağına inanıram”. 

Vladimir Putin öz növbəsində qeyd edib: "Qara dənizdəki limanlardan taxıl ixracı ilə bağlı bütün problemlər hələ həll olunmayıb, lakin bununla bağlı müəyyən aktivlik var. Türkiyənin vasitəçiliyi sayəsində biz taxıl ixracında irəliləyiş əldə etdik".


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA