Ərdoğan İranda: o, İbrahim Rəisi ilə bir araya gəlib

img

19-07-2022 [11:34]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti İbrahim Rəisi görüşüb.

Mia.az xəbər verir ki, görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.

Bildirilib ki, Ərdoğan və Rəisi Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci toplantısına həmsədrlik edəcək, burada ikitərəfli əlaqələrin bütün aspektləri və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün potensial addımlar müzakirə olunacaq.

Türkiyə prezidentinin İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ilə də görüşü gözlənilir. Ərdoğan və Rəisi daha sonra yeddinci Astana görüşü çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

İran və Türkiyə dövlət başçılarının Rusiya prezidenti ilə təkbətək görüşləri də gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA