“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

img

19-07-2022 [10:33]


“Nar” dövlət qəbul imtahanlarında ümumi qruplar üzrə ən yüksək nəticə toplayan ilk 10 abituriyenti mükafatlandıracağını elan edib.

Mia.az xəbər verir ki, mobil operator tərəfindən tələbələrə daha rahat ünsiyyət üçün smartfonlar, “Nar” mobil nömrələri və yüksək məbləğdə balans təqdim edəcək. Məqsəd universitet həyatına yeni başlayan gənclərin nailiyyətlərinə töhfə vermək və ali təhsilə daha yüksək həvəslə yanaşmalarına dəstək olmaqdır.

Xatırladaq ki, “Nar”ın bu ənənəsi 2018-ci ildən qəbul imtahanlarında maksimal bal yığan tələbələrin mükafatlandırılması ilə başlayıb. Təhsil hər bir sahə üzrə dayanıqlı inkişafın və səmərəli fəaliyyətin başlıca zəmanəti olduğundan elm və maarifə dəstək “Nar”ın başlıca korporativ sosial məsuliyyət istiqamətidir. “Nar”ın sosial layihələri barədə ətraflı məlumatı https://www.nar.az/projects/ səhifəsindən əldə edə bilərsiz.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA