Sumqayıtda ana və oğlu dənizdə boğulub

img

17-07-2022 [22:59]


Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığında dənizdə ("Sumqayıt" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazi) batan 1990-cı il təvəllüdlü Kərimova Fatma Allahverdi qızı və övladı, 2015-ci il təvəllüdlü Kərimov Nicat Əlvan oğlunun axtarışları başa çatıb.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində F.Kərimovanın meyiti dənizdə tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. N.Kərimovun meyiti sahildə aşkar olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA