Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
18-07-2022 [00:03]
Qoç - Hisslərin əsiri olmayın. İşgüzar görüşlər, əməkdaşlıq şərtlərinin müzakirəsi, yeni sərfəli tərəfdaşlığa başlamaq üçün əlverişli gündür. Təşkilati fəaliyyətlə bağlı ideyalar pis deyil. Rəhbərliklə görüşərək həmin ideyaları müzakirə etmək olar.
Kadr məsələlərinin həlli zamanı laqeyd müşahidəçi mövqeyi tutmayın. Problemlərin həllində qeyri-standart variantları seçin. Ailə üzvləri ilə ünsiyyət üçün yaxşı zamandır. Yaşlı qohumlar və uşaqlarla təmaslar sizə müsbət emosiyalar verəcək. Sevdiyiniz insanla münasibətlərdə qayğıkeş, həssas olun. Belədə fikir ayrılığı və ixtilaf riski minimuma enəcək.
Buğa - İmkanlarınızı və resurslarınızı qoruyun. İşdə başladığınız layihəyə iddialılar peyda ola bilər. Pulunuzu, fəaliyyət arealınızı, maraqlarınızı qoruyun. İddiaların sayı arta bilər. Yaxın adamlardan biri qısqanclıq üçün səbəb yaradacaq.
Günün ikinci yarısında tərəfdaş və ya şəriklərdən biri ilə münasibətlərdə anlaşılmazlıq yarana bilər. Mövqelərinizi qoruyun, amma ifrata varmayın. Eqoist və xudpəsənd insan təsiri bağışlamayın. Situasiyanı real dəyərləndirin, adekvat qərarlar qəbul edin. Hadisələrə təsir imkanlarına malik insanla təmasları passivləşdirməyin.
Əkizlər - Günün ilk yarısında asan işlərin çətinləşməsi istisna deyil. Sadə variantlar yoxdur və onları da aramayın. Səbrli olun. Hadisələrin tempi sizin gözlədiyiniz sürətdən aşağı olacaq. Bütün diqqəti işə yönəldin. Günün ikinci yarısında laqeydlik işlərdə zəruri effektin əldə edilməsinə maneələr yaradacaq. İş yerində yeni intriqa yaranacaq. Gündəlik işlərin, rutin qayğıların artımı istisna deyil.
Başqalarının işlərini görməli olacaqsınız. Pulsuz olduğunu düşündüyünüz nəsnənin pullu olduğunu axşam saatlarında anlayacaqsınız. Səhhətinizə fikir verin. Köhnə ağrıların residivi ola bilər.
Xərçəng - Günün ilk yarısı mahiyyət etibarilə uğurludur. Situasiyaların əksəriyyətində intuisiyanız dadınıza çata bilər. Hisslərinizi sözlərlə pərdələməyin. Dəyər verdiyiniz insanla aranızda tam qarşılıqlı anlaşma olmalıdır. İşgüzar fəaliyyətinizdə ən kiçik detallara fikir verin. Təşəbbüskar olun, yaxın ətrafınızdakı insanların ideyalarından yararlanın. Günün ikinci yarısında xərclərə, gəlirlərə, sərmayəyə fikir verin. İstəklərinizə nəzarət edin. Hisslərinizi cilovlayın, soyuqqanlı olun. Reallıq hissini itirməyin.
Şir - Günün ilk yarısından etibarən emosional gərginliyin artması, əsəblərin tarıma çəkilməsi istisna deyil. Müvəqqəti çətinlikləri dəf edin. Maddi və məişət problemlərini vaxtında çözün. Ötənlərdəki məğlubiyyətlərdən birinin fəsadlarını indi hiss etməyə başlayacaqsınız. Günün ikinci yarısında ailə üzvlərindən birinin problemi, yaxud da mənzil və ya daşınmaz əmlakla bağlı məsələ başağrısına çevriləcək.
Hər şeyi müftə əldə etməyin mümkün olmadığını unutmayın. İddialı, aqressiv olmayın. Emosiyalarınızı nümayiş etdirməyin. Axşam saatlarında alış-veriş və daşınmaz əmlakla əməliyyatlar məsləhət deyil.
Qız - Məntiqli davranın. Qərarların qəbulunda emosiyaların əsirinə çevrilməyiniz bütün işlərinizə zərbə vura bilər. Diqqətdən qaçan xırdalıqlar ciddi problemlərə çevrilməməlidir. Təxəyyülü reallıq saymayın.
Sizi anlayan insanlarla ünsiyyətdə olun. Yaxşı tanımadığınız insanlara inanmayın. Düşünülməmiş addımlar atmayın. Günün ikinci yarısında təmaslarda qarşılıqlı anlaşmanın əhəmiyyəti artacaq. Kiçik məsələləri böyütməyin. Yerinə yetirə bilməyəcəyiniz işi bitirəcəyinizi vəd etməyin.
Tərəzi - Düşünülməmiş addımlar atmayın. Şirnikləndirici təkliflərə aldanmayın. Fərdi potensialınızı olduğundan artıq dəyərləndirməyin. Başqalarının işini görmək istəyirsinizsə, ilk əvvəl öz maraqlarınızı düşünün. Günün ikinci yarısında dəbdəbəyə meylli olmayın. Hər deyilən sözə aldanmayın. Maliyyə vəsaitinizin qayğısına qalın. Həddi keçməyin. Özünüzün və yaxın ətrafınızdakı insanların imkanlarını real qiymətləndirmədən maliyyə əməliyyatlarına başlamayın.
Əqrəb - Gerçəkdən də, qarışıq, mürəkkəb, çətin gündür. Fəqət, problemlər müvəqqəti səciyyəlidir və az sonra həll olunacaq. Uzunmüddətli öhdəliklər götürməyin, vədlər verməyin. Cari işləri başa vurmamış yeni planlar qurmayın. Boş vaxtınız az olacaq. Süst və ətalətli davranmayın. Əyləncəni ixtisara salmaq olar.
Günün ikinci yarısı nüfuzlu insanlarla görüş, dövlət qurumlarına baş çəkmək üçün əlverişli deyil. Romantik görüş də pis alınacaq. Bu səbəbdən də ciddi səhvlərə yol verməməyə çalışın.
Oxatan - Səhhətiniz, maliyyə durumunuz, ailəvi durumunuzla bağlı köhnə komplekslər sizə mane olacaq. Sizi ifşa etmək istəyən insanlar var. Əməyinizin bəhrəsini görmək istəyirsinizsə, tənqidlərdən çəkinməyin.
Günün ikinci yarısında fəaliyyət sahənizi kənar müdaxilələrdən qoruyun. Karyera inkişafına can atın. Nüfuzunuzu qoruyun. Ötənlərdəki olayların fəsadlarının bundan sonrakı hadisələrə mənfi təsirinə imkan verməyin. Mühüm addımlar barədə geniş məlumatlar verməyin. Sirr saxlamağı bacarın. Axşam saatlarında normal istirahət edin.
Oğlaq - İntuisiyanıza və şəxsi təcrübənizə güvənə bilərsiniz. Bələd olduğunuz insanların yeni tələlərini əvvəlcədən görün, onlardan yan keçin. Ciddi işə başlamaq istəyirsinizsə, əməllərinizə nəzarət edin. İstəkləriniz absurd olmamalıdır.
Günün ikinci yarısında hisslərə aldanaraq yanlış qərarlar verməyin. Maraq dairənizdən asılı olaraq yeni fəaliyyətə başlamaq olar. Şəxsi həyatdakı yenilikləri dəyərləndirin. Maraqlarınızın təminatına çalışın. Axşam saatlarında yaradıcılıqla məşğul olun.
Dolça - Hisslərin əsiri olmayın. Qisas və ya inciklik çox pis məsləhətçilərdir. Rəqibi mütləq şəkildə üstələmək, zəhmətinizin bəhrəsini görmək istəyi yaranacaq. Bədxahları geridə qoyun və onlardan daha yaxşı olduğunuzu göstərin. Tərəfdaşlarınızdan birinin xudpəsəndliyi sizi sinirləndirməsin.
Sevdiyiniz insanın qədrini bilin. Təxribatlara uymayın, əks təqdirdə əsla gərək olmayan işlərə pul və vaxt sərf etməli olacaqsınız. Dəbdəbə istəyinə uymayın. Hələlik hazır olmadığınız uğurlar istəyindən əl çəkin.
Balıqlar - Günün ilk yarısından etibarən müxtəlif situasiyalarda fərqli insanlarla çalışmalı olacaqsınız. İşdə həmkarlarınız, rəhbərlik və hətta əsla tanımadığınız insanlar sizdən sui-istifadə etməyə çalışa bilərlər. Mövqelərinizin zəiflədilməsinə, planlarınızın alt-üst olmasına can atan insanların fəallaşmasına imkan verməyin. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla qayğıkeş olun. Ağır işlərə başlamayın. Qüvvənizə və resurslarınıza qənaət etmək üçün axşam saatlarında tək qalın. Normal istirahətə can atın.
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SAHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)
Xocalı rayonunun iki kəndinə növbəti köç olub
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Nazir generalın qardaşını təqaüdə göndərdi
TƏBİB-in keçmiş sədri QHT rəhbəri oldu
Deputat Səməd Seyidovun kürəkəni vəzifəyə təyin edilib
Keçmiş vəkil həbs edilib - Səbəb
Prezident İlham Əliyev general-qubernatora məktub ünvanlayıb - MƏTN
Şəhid şair Bəhmən Abuzəroğlunun xatirəsi yad edildi - FOTOLAR