"Dəmir yumruq məmurların başı üzərində də görünməlidir..." - Dosent yazır
16-07-2022 [14:12]
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: [email protected]
****
Biz, 30.04.2021-ci ildə “Şəhidlər sərt qanunlarla qorunmalıdır” adlı məqalə yazmaq ehtiyacı hiss etmişdik və bu yazı, Respublikanın aktiv saytlarından olan Mia.az, Dominant.az, Tarihistan.org, Devlet.az və Türkiyənin Kafkassam.com saytlarında yayımlanmışdı. Bu məqalə tanınan şəhid “Vətən türküsü” ilə məşhurlaşan Xudayar Yusifzadəyə qarşı edilən sayğısızlığın əsas səbəblərindən bəhs edirdi.
Əlbəttə, bu təsadüfdən irəli gəlmirdi. Çünki, indi məlum olur ki, yalnız şəhidlər deyil, qazilər də sərt qanunlarla qorunmalıdır. Vətən savaşının 36 gününün döyüş yolundan keçən Elvin Cəfərovun özünü yandırması və vəfat etməsi bu problemi yenidən aktuallaşdırdı. Aydın oldu ki, qazilərimiz də dövlət tərəfindən toxunulmaz abidə elan edilməlidir.
Əlbəttə, qazilərin də hüquq və qanunlara əməl etməsi şərti ilə bu addımın atılmasına mühüm ehtiyac var. Eyni zamanda onu da qeyd edək ki, qazilərimiz əsas etibarilə dövlət abidəsi olaraq məmurlardan qorunmalıdır. Bunun üçün xüsusi nəzarət mexanizminin yaradılmasına mühüm ehtiyac var. Prezident Aparatı, Parlament, Hüquq-mühafizə orqanları və Təhlükəsizlik qurumları bu barədə geniş addım atmalıdır. Dəmir yumruq məmurların başı üzərində də görünməlidir. Əks təqdirdə hələ çox qazilərimizin faciəli aqibətini görmüş olacağıq.
Qazilərin toxunulmaz abidələr cərgəsinə aid edilməsi üç istiqamətdə özünü göstərə bilər:
1. Dövlət tərəfindən qorunma;
2. Millət tərəfindən qorunma;
3. Cəmiyyət tərəfindən qorunma.
Bunun üçün ilkin olaraq qazilərin bütün hüquq və təminatları sürətlə yerinə yetirilməli, qayğı və sevgi ilə də ayrıca əhatə olunmalı, diqqət və dəyər görmələri əsasdır. Nə balasını, nə parasını Vətən savaşına qıymayan yırtıcı məmurların isə dişləri sındırılmalıdır. Az qala qarnını yer kürəsi boyda şişirdən rəhbər şəxslərin haqqında təcili ölçü götürülməlidir ki, onlar bu şəkildə mənfi addım ata bilməsinlər. Konkret olaraq qazilərin laqeydlik, biganəlik göstərərək incidilməsi əslində cinayət mahiyyətlidir, dövləti təxribatdır. Dövlətə qarşı yönələn təxribat hər halda cəzasız qala bilməz. Qazilər ona görə planlı şəkildə incidilir ki, heç kim gələcəkdə erməniyə güllə atmasın, torpağı uğrunda savaşmasın. Bir sözlə, hər kəs bu qənaətə gəlsin ki, torpaq və vətən üçün savaşmağın mənası yoxdur. Vətən üçün savaşmaq özünü yandırmağa gətirib çıxaracaq, savaşmamaq isə rahat kreslolarda əyləşib dəbdəbə içində yaşamağa səbəb olacaq. Cəmiyyə məhz bunu aşılamaq istəyirlər. İstəyirlər ki, sabah millət Vətən savaşına qalxmasın, erməni cəlladlar daha geniş ərazilər işğal edə bilsinlər. Bu məmurlar ermənİlərin məğlubiyyəti ilə barışa bilmir, süni şəkildə 30 ildə yaradılmış erməni “qələbəsi”ni bərpa etmək istəyirlər. Bu şəxslərin Vətən savaşında çıxmayan səsi indi müxtəlif vasitələrlə, xüsusilə qazilər üzərindən cəmiyyətə psixoloji təlqinlərdə daha çox artmağa başlayıb. Təsadüfi deyil ki, mətbuat tədqiqatına görə Vətən savaşından sonra 50-dən artıq qazi, - hüquqi terminlə desək, intihara gətirib çıxarılmış, onlardan 36-sı isə konkret olaraq intihar etmişdir.
Qazilərin öncə fiziki-psixoloji durumu diqqətdə saxlanmalıdır. Çünki qanlı savaşdan dönən qazilərin mühüm bir hissəsi travma almış, psixi cəhətdən qismən də olsa zədələnmişdir. Təbiidir ki, bu da təsadüfi deyil. Çünki indi gedən müharibədə ən müasir tipli raketlərin, göydən tökülən ağır səsli bombaların qeyri-adi səs effekti hər hansı bir insanın travma alması üçün yetərlidir. II dünya savaşı ilə müqayisədə II Qarabağ savaşında istifadə olunan silahlar yüz dəfə artıq ağır silahlardır. Təbiidir ki, 40-cı illərin göydən yağan mərmi və bombaları 2000-ci illərin eyni yandırıcı, dağıdıcı və yüksək elektroşok yaradacaq döyüş vəsaitləri ilə analogiya əsasında “qar topuna” bənzəyir. Bu baxımdan qazilərin sağlamlıq mərkəzləri fəaliyət göstərməli, psixoterapeftlər, psixoloqlar, digər ixtisaslı həkimlər onlarla iş aparmalı, cəmiyyətdə isə bu rolu ağsaqqallar və din xadimləri öz öhdələrinə götürməlidir. Xüsusilə, onlara psixi xəstə kimi davranmamalı, yalnız travma ehtimalına qarşı müəyyən addım atılmalıdır. Məhz E.Cəfərovun yasında Sabirabadın İcra Başçısının onu psixi xəstə kimi göstərməyə çalışması yetər ki, bu kimi insanlıqdan uzaq, vətən ideyası anlamayan dəyərsiz birini vəzifədən uzaqlaşdırmaq üçün əsas olsun. Qazilər üçün heç bir ciddi addım atmayan, yalnız bir dəfə kollektiv şəkildə qəbul etməklə vəzifəsini bitmiş sayan şəxsin özü cəmiyyət və millət üçün bitmişdir. Dövlət tərəfindən də bitmiş sayılmasına ümid etmək isəyərdik.
QAZİLİK mahiyyətinə görə şəhidlik qədər üstün məqamdır. Allah qatında yüksək mərtəbəsi vardır. Ancaq intihar Allah qatında ən aşağı yerdədir. Özünə qəsd etmək Uca Allaha üsyan etməyə bərabərdir. Çünki Allahu-Təala buyurur ki, “Allah səbir edənlərlədir” ( Qurani-Kərim, Bəqərə surəsi, 153-cü ayə). Təsəvvür edin ki, uca məqam qazanan qəhrəmanların intihar edərək özünü bu məqamdan məhrum etməsi nə qədər faciəlidir. Buna səbəb olan dəyərsizlər isə yenə də öz işinin başındadır. Eyni zamanda qazilər üçün bu mövzuda dərs aparılmasına böyük ehtiyac vardır. Savaşda mübarizə və mücadilə aparan insanların dinc aurada psixoloji passivliyə məruz qalıb özünə qəsd etməsinə hər zaman əngəl olmaq bizim boynumuzda olan borcdur. Biz bizi qoruyanları qorumalıyıq. Bu haqqı onlar savaşda qazanıblar. Düşmən sipəri olub millətin namusunu qoruyan insanları incidənlərə millət və cəmiyyət olaraq biz də sipər olmağı bacarmalıyıq. Toxunulmaz abidələrimizə uzanan əlləri kəsməyi bacarmaq üçün qorxaq və zavallı deyil, cəsur və mühafiz olmalıyıq.
E.Cəfərovun pensiyasının kəsilməsi intiharın əsas səbəbi kimi göstərilir. Ümumiyyətlə, savaşdan sonra sanki savaş gedir. H.Seyidbəylinin “Cəbhədən- Cəbhəyə” əsəri yada düşür. Cəbhədə sağlığını fəda edən oğullar indi arxa cəbhədə qansız məmurların erməniləşmiş xisləti ilə mübarizə aparmağa məcbur olur. Ən azından bunun üçün Sosial Təminat Nazirliyi cavabdeh qismində öz mövqeyini bildirməlidir. Susaraq gündəmin dəyişməsini gözləmək vərdişlərindən əl çəkməyin vaxtı çoxdan çatmışdır. Düşmən qarşısında sınmayan oğulları ailəsi qarşısında başı aşağı etmək, utandırmaq, sındırmaq daha böyük düşmənçilikdir. Bu düşmənlər dövlət və millət üçün təhlükə mənbəyidir, vətənə xəyanət nümunəsidir. Vətənə xəyanət cəzasız qalarsa, sabah hər kəs vətənə xəyanət edər, ortada bir vətən qalmaz. Vətən bu prosesdə təhlükədədir. Bunun qarşısını yalnız Milli abidələrimizi qorumaq və başıpozuq məmurların cəzasına bir millət və cəmiyyət olaraq nail olmaqla almaq olar.
20 marşrutun hərəkət sxemi dəyişdirilir - SİYAHI
Zakir Həsənov: "Xəbər məni hədsiz kədərləndirdi"
Yeni dərs ilimiz mübarək! - Vahid Tağıyev yazır
Xocalıda daha bir ilk - Daşbulaq kəndinə 13 ailə köçürülüb
Hacı Murad Yagizarovun vəfatı ilə bağlı nekroloq yayılıb
Bakıda dələduzlar saxlanılıb
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
Musa Qurbanlının toy məclisi: şənlik bitdi, söz-söhbət bitmədi - "Toyda musiqinin olmaması hansı dinin və hansı millətin adətidir?"
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb - Ofislər, avtomobil qarajı üzərinə həbs qoyulub və...
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verildi
6 ölkənin xüsusi təyinatlı qüvvələri Azərbaycanda: birgə təlim...
Qubada 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə vermək istəyiblər
XOCALININ DAHA BİR KƏNDİNƏ İLK KÖÇ OLUB
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“1992-ci ildə istefa verəndə Heydər Əliyevə zəng vurdum…” – Həsən Həsənovdan maraqlı açıqlamalar (VİDEO)
Ən ucuz gediş haqqı 1 manat 44 qəpik... - İstanbulda ictimai nəqliyyatda gediş haqqı 30 faiz artırıldı (QİYMƏTLƏR)
Salyanda 62 yaşlı şəxs güllələnib
Qəzzada ölənlərin sayı 64756 nəfərə çatıb
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - VİDEO
"Artıq Putinə səbrimiz tükəndi" - Trampdan hirsli mesaj
"Differensiallaşdırılmış su tariflərinin tətbiqi planlaşdırılır" - Ekspert rəsmi şəxsin "əsası"nı əsassız saydı
Müğənni Dilarə Kazımova belə görüntülərini yaydı - FOTOLAR
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
Almaniya Rusiya səfirini XİN-ə çağırıb - Etiraz verildi
Premyer Liqa: V və VI turun oyun proqramı açıqlanıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İcra Hakimiyyəti vaxtilə verdiyi sərəncamları indi niyə tanımaq istəmir? - Qalmaqal + AÇQLAMALAR
Bakıda bu yol bağlanacaq
BDU dərs yükü azaldılıb
Kürşat Zorlu Naxçıvana gəlib
Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi: girov götürülən azərbaycanlının öldürülməsi və...
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlar dayanıb"
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
İcra Hakimiyyətinin kotirovka sorğusu baş tutmayıb
İsrail ordusu Tulkərimdə 1000-dən çox fələstinlini həbs edib
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
İSRAİL ANKARA VƏ YA İSTANBULU VURA BİLƏR: "Bizimçün qırmızı xətt yoxdur, Türkiyə buna hazırdımı?" - Yəhidi polkovnikdən qorxunc mesaj
“Müğənni Rəqsanə İsmayılovanın işində bir yenilik yoxdur”
Daha bir şəhid dəfn edildi
Göyçayda şəhid dəfn olunub (Yenilənib)
Sabah yağış yağacaq
Baxçalıdan skandal açıqlama: "Mənə qalsa, yarımsaata qapadaram"
Xalq artisti Sərdar Fərəcovun səhhəti barədə açıqlama yayıldı