Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
16-07-2022 [00:12]
Qoç - günün ilk yarısından ailə işləri və məişət qayğıları prioritet kəsb edəcək. Daşınmaz əmlak və mülkiyyətlə bağlı çətinlikləri hövsələsiz şəkildə çözməyə çalışmayın. Dəyər verdiyiniz insanlarla təmaslarınızda nə qədər səmimi olsanız, məqsədə bir o qədər tez çata bilərsiniz. Günün ikinci yarısında cari proseslərdən kənarda qalmağa can atmayın. Köhnə layihələrdən birini yarımçıqlıq durumundan xilas edin. Yaşam və ya fəaliyyət arealında nizam yaradın. Axşam saatlarında normal istirahət edin.
Buğa - maraqlı ideyalar, möhtəşəm ideyalar ortaya çıxacaq və bunları tezliklə həyata keçirə biləcəksiniz. Şərait heç də həmişə siz istədiyiniz kimi alınmır, ancaq qarşınıza qoyduğunuz məqsədlərə çatmağınıza da mane olmur. Pul ala bilərsiniz, maliyyə məsələləri sizin xeyrinizə həll olunacaq.
İntellektual işlərlə, mürəkkəb məsələlərlə məşğul ola bilərsiniz. Gün, həmçinin təhsil, imtahan vermək, elm adamları ilə təmaslar üçün münasibdir. Xırda səfərlər maraqlı və xoş, uzunmüddətlilər isə yorucu və bəhrəsiz olacaq.
Əkizlər - səhər saatlarından etibarən aktiv işləmək məcburiyyətindəsiniz. İşlər, məişət qayğıları çoxdur. Maliyyə məsələlərinin çözümündə aktiv olun. Başqalarının yardımlarına bel bağlamayın. Müstəqil davranın.
Günün ikinci yarısında işgüzar təmaslar və əlaqələr karyerınızda irəliləyişə təkan verəcək. Əlavə gəlir mənbəyi üçün yaxşı imkan yaranıb. Axşam saatlarını ailənizlə birgə istirahətdə keçirin.
Xərçəng - ciddi problemləriniz yarana bilər, elə bilməyin ki, işdə yaranan çətinliklərin öhdəsindən asanlıqla gələcəksiniz. Adi vəzifələrinizi yerinə yetirmək bu gün ağırdır. Qadınlarla dil tapmaq xüsusilə çətindir, emosiyalarınıza nəzarət etməsəniz, münaqişədən qaçmaq mümkün olmayacaq. İri sövdələşmələr bağlamaq məsləhət görülmür. İşgüzar aktivliyinizi azaldın. Dincəlin, yaxınlarınızla vaxt keçirin. Axşam evdə oturun, ziyafətə getməyin. Sevgililər arasında ciddi fikir ayrılığı yarana bilər.
Şir - əvvəlcədən hazırladığınız plana riayət edin. Müstəqil çalışsanız, kənardan təsirlərə aldanmasanız, işləriniz daha yaxşı olacaq. Önəmli məsələləri privat şəkildə, tet-a-tet müzakirə edin.
Günün ikinci yarısında bilik və bacarıqlarınızı artırın. Səyahət, ezamiyyət zərurəti istisna deyil.
Kommersiya və ya bizneslə məşğul olursunuzsa, fəaliyyət çevrənizi genişləndirin. Müştərilərin sayı çox, ticarət və xidmətlər daha geniş çeşiddə olmalıdır. Axşam saatlarında dostlarla görüş əhvalınızı yaxşılaşdıracaq.
Qız - günün emosional fonu yaxşı deyil. Siz vurnuxur, səbəb olmadan tez-tez qərarlarınızı dəyişirsiniz. Mənasız və gərəksiz yerə əsəbləşir, başqa vaxt əhəmiyyət verməyəcəyiniz hadisələri ürəyinizə salırsınız. Təhsildə problemləriniz yarana bilər.
Kömək üçün yaxın adamınıza müraciət edin, indi sizin dəstəyə ehtiyacınız var. Qəlbinizi sevindirmək üçün xırda-para əşyalar ala bilərsiniz, amma çox pul xərcləməyin. Təklikdə səfərlərə çıxmayın. Dostlarla isə lap dünyanın o biri başına da gedə bilərsiniz.
Tərəzi - günün ilk yarısından etibarən cari məsələlərin həlli ilə məşğul olun. Rutin məqamlar sizi usandırmamalı, yoldan döndərməməlidir. Enerji və qüvvənizi ikinci dərəcəli məsələlərə sərf etməyin. Bütün diqqəti əsas işə yönəldin. Günün ikinci yarısında emosional olmayın, əsəbi davranmayın. Qarşı tərəfin fikirlərini və mövqeyini nəzərə alın. Həmkarlarla, işgüzar tərəfdaşlarla münasibətlərin gərginləşməsi istisna deyil. Axşam saatlarını ailəyə sərf edin.
Əqrəb - günün ilk yarısından etibarən maraqlı, hadisələrlə zəngin gün olacaq. Ötənlərin təcrübəsi karınıza gələcək. Peşəkar bacarıqlarınızdan və yaradıcı potensialınızdan istifadə edin. Günün ikinci yarısında məlumat və informasiyaları artırın. Əlavə biliklər əldə edin. Bacarıqlarınızı, təcrübənizi reklam da edə bilərsiniz. Real və ucuz iş görənlərə tələbat artacaq. Şəxsi münasibətlərdə mənasız, əsassız qısqanclığa qapılmayın. Axşam saatlarında normal istirahət edin.
Oxatan - Məhsuldar gündür, istənilən problemin həllinə həvəslə girişirsiniz. Bunların arasında əvvəl həllolunmaz hesab etdikləriniz də var. Özünüzə çox güvənirsiniz, amma məntiqi düşüncəniz də bu gün "axsamır". İşdə uğurlar gözlənilir, biznesinizi genişləndirə bilərsiniz.
İdmanla, fiziki işlə məşğul olmaq, açıq havada aktiv istirahət məsləhətdir. Uzunmüddətli planlar qura bilərsiniz. Bunu həm təkbaşına, həm də yaxınlarınızla edə bilərsiniz. Nüfuzlu şəxslərlə, dövlət idarələrinin işçilərilə görüşlər yaxşı keçəcək.
Oğlaq - məhdudiyyət və yasaqların gücünü hiss edəcəksiniz. İstəklərinizlə arzularınız sizi illüziyalar aləminə aparmamalıdır. Situasiyaya uyğunlaşın, şəraiti real dəyərləndirin. Həmkarlarınız və şəriklərinizin davranışlarına fikir verin.
Günün ikinci yarısında bəzi motivlərdəki anlaşılmazlıq sizdə tərəddüd yarada bilər. Gərgin anlarda soyuqqanlı olun. Axşam saatlarında şəxsi münasibətlərdə zəruri kompromisi tapın. Emosiyalarınıza nəzarət edin.
Dolça - günün ilk yarısında problemlərin və maneələrin sayı artacaq. Fəaliyyət planını müstəqil təyin edin. Çətinliklərin həllində yaralıcı təxəyyülü işə salın. Rutin məsələlərin çözülməsindən yayınmayın.
Günün ikinci yarısında hədəfləri və ya məqsədləri təftiş etmək olar. Prosedurlar arasında ən effektivini, realını seçin. Yaxınlarınız və qohumlarınızla münasibətlərdə qarşılıqlı anlaşma xüsusi əhəmiyyət kəsb edəcək. Sayğılı, qayğıkeş olun.
Balıqlar - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bir qədər də iradəli və qətiyyətli olun. Karyeranızda önəmli rol oynayan insanla münasibətləri kəskinləşdirməyin. Soyuqqanlı davranın.
Günün ikinci yarısında diqqətsizlik kə ehtiyatsızlıq ciddi səhvlərə səbəb olmamalıdır. İntuisiyanıza güvənin. Təhtəlşüur sizə ən çətin situasiyalarda çıxış yolunu göstərəcək. Sevdiyiniz insanla təmasları axşam saatlarında aktivləşdirin. Birgə gəzintiyə və ya əyləncəyə yollanmaq olar.
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SAHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)
Xocalı rayonunun iki kəndinə növbəti köç olub
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Nazir generalın qardaşını təqaüdə göndərdi
TƏBİB-in keçmiş sədri QHT rəhbəri oldu
Deputat Səməd Seyidovun kürəkəni vəzifəyə təyin edilib
Keçmiş vəkil həbs edilib - Səbəb