NAZİR POLİS RƏİSLƏRİNİN QARŞISINA YENİ TƏLƏBLƏR QOYDU - DİN-də kollegiya iclası (FOTO)
15-07-2022 [16:27]
İyulun 15-i Daxili İşlər Nazirliyində 2022-ci ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
Bu barədə Mia.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu ilin birinci yarısının növbəti uğurlu hesabat dövrlərindən olduğunu, daxili işlər orqanları və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində gündəlik vəzifələrin öhdəsindən layiqincə gəldiyini, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə təhlükəsizliyin etibarlı təmin edildiyini vurğulayıb.
Nazir məmnunluqla qeyd edib ki, daxili işlər orqanlarının fəaliyyətini həmişə yüksək qiymətləndirən cənab Prezidentin sərəncamları ilə ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşıya qoyulmuş tapşırıqların icrasında fərqləndiklərinə görə 26 əməkdaş dövlət mükafatlarına layiq görülüb, habelə rəhbər vəzifəli 4 əməkdaşa ali xüsusi rütbə verilib.
İlin ikinci yarısında da qarşıda mühüm vəzifələrin durduğunu qeyd edən general-polkovnik V.Eyvazov onların ətraflı müzakirə edilməsi, xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün əlavə təşkilati tədbirlərin müəyyən edilib həyata keçirilməsinin vacibliyini bildirib.
Hesabat məruzəsi ilə çıxış edən nazirin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov ötən 6 ayda daxili işlər və prokurorluq orqanları üzrə 17.411 cinayətin qeydə alındığını, onların 84 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlər olduğunu, 90,2 faizinin açılmasının təmin edildiyini, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin və mülkiyyət əleyhinə olanların 2 faiz, o cümlədən oğurluqların 2,7, mənzillərdən edilənlərin 4,9, soyğunçuluqların 9,7, quldurluqların 0,8, hədə-qorxu ilə tələb etmələrin 1,2, avtonəqliyyat vasitəsini qaçırmaların açılmasının 2,2 faiz yaxşılaşdığını qeyd edib. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 233, “isti izlər”lə 1207 cinayətin açıldığını, 4.832 hüquqazidd əməlin qarşısının alındığını, axtarışda olan 2.685, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən 295 şəxsin tutulduğunu, dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 89,2 faiz ödətdirildiyini vurğulayıb.
Məruzəçi mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 473 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 125 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 132 kiloqram çox – 1 ton 975 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 105 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb.
Həmçinin bildirib ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində mühüm vəzifələrin icrası çərçivəsində Nazirliyin rəhbərliyi tərəfindən 1.362, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın ayrı-ayrı şəhər və rayonlarında 748 vətəndaşın qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti öz qanuni həllini tapıb.
Məruzəətrafı çıxışlarda bir sıra ərazi polis orqanlarının rəisləri görülmüş işlər, əldə olunmuş nəticələr, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə planlaşdırılan tədbirlər barədə məlumat veriblər.
Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik V.Eyvazov cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində müsbət nəticələrin inkişaf etdirildiyini diqqətə çatdıraraq xidməti fəaliyyətin səmərəliliyinin daha da artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Eyni zamanda, vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu xatırladan nazir cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.
Narkotiklərlə mübarizənin vəziyyətinə toxunan nazir V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib. Yeniyetmələr və gənclər arasında aparılan antinarkotik təbliğatın əhəmiyyətini nəzərə çatdıraraq bu qəbildən tədbirlərin davamlı və məqsədyönlü olmasını, fəaliyyətin ölkədə narkotiklərə olan tələbatın azaldılması məqsədi üzərində qurulmasını tələb edib.
Müasir texnologiyaların tətbiqinin və idarəetmədə elektronlaşdırmanın genişləndirilməsinin zəruriliyini, hüquqi və fiziki şəxslərə məxsus obyektlərin, mənzillərin mühafizə-siqnalizasiya vasitələri ilə təmin edilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin səlahiyyətinə aid vəzifələrin peşəkarlıqla yerinə yetirilməsinin vacibliyini Kollegiya iştirakçılarının nəzərinə çatdırıb.
Nazirliyin tədris müəssisələrində tədris və təlim prosesinin qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdiyini də qeyd edən general-polkovnik Vilayət Eyvazov ixtisaslı kadr hazırlığı, kursant və dinləyicilərdə analitik düşüncə tərzinin, müasir texnologiyalarla işləmək və ekstremal şəraitdə düzgün qərar çıxarmaq bacarığının formalaşdırılması üzrə görülən işlərə, bu istiqamətdə əldə olunmuş müsbət nəticələrə diqqət çəkib, möhkəm intizamın təməli sayılan hərbi, fiziki və sıra hazırlığının yüksəldiyini bildirib.
Kollegiya müzakirə olunan məsələ üzrə qarşıda duran vəzifələrlə bağlı qərar qəbul etdi və növbəti iclasında onun icra vəziyyətinə dair hesabatların dinləniləcəyi nəzərə çatdırıldı.
Nazir Vilayət Eyvazov daxili işlər orqanlarına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsinə, infrastrukturunun yenilənməsinə göstərdiyi ali diqqət və qayğıya, fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə şəxsi heyət adından minnətdarlığını bildirib və əmin edib ki, ölkədə asayişin, daxili təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzifələr bundan sonra da layiqincə yerinə yetiriləcək.
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...