Daha 10 bağça müdiri vəzifədən çıxarıldı: 13-i isə... - Rəsmi məlumat yayıdl

img

15-07-2022 [16:12]


Təhsil Nazirliyi tərəfindən dövlət məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, aparılmış monitorinqlər nəticəsində 10 nəfər məktəbəqədər təhsil müəssisənin müdiri işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub.

3 nəfər bağça müdiri əvəzinin həvalə əmri ləğv olunub, 6 nəfər bağça müdirinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 5 nəfərə töhmət, 2 nəfərə isə xəbərdarlıq verilib.

Qeyd edək ki, aparılmış yoxlamalar nəticəsində bundan əvvəl 11 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri işində yol verdiyi nöqsanlara görə, 30 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri isə çalışmanın yaş həddinə çatdığı üçün tutduğu vəzifədən azad olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA