DİM sədri valideynləri ittiham etdi: "Mühasib işi 5 ildən sonra lazım olmaya bilər"

img

15-07-2022 [15:57]


"Mühasib işi 5 ildən sonra lazım olmaya bilər".

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Yüksəliş" müsabiqəsinin final mərhələsində “Müasir çağırışlar və insan kapitalının formalaşması” mövzusunda çıxışı zamanı deyib.

O qeyd edib ki, bir ixtisası ömürlük seçmək artıq mümkün deyil:

"Bu gün mühasibatlıq sahəsində icra olunan proqramlar onu əvəz edir. Bundan sonra hər hansı alətlərlə işləməyi bacaran maliyyəçilər lazım olacaq. İxtisas seçimi deyil, fəaliyyət istiqaməti əsas amildir".

DİM sədri deyib ki, 30 yaşında şəxs dövlət qulluğuna qəbul olmaq üçün imtahan verir:

"Nəticələrdən narazı olan namizədin atası apellyasiya üçün bizə müraciət edir. Valideynlər övladlarının azad seçim etməyinə mane olur. Atasının hələ uşaq kimi qəbul etdiyi birinə dövlət qurumunda necə fərd kimi yanaşa bilərlər? Kim nə istəyirsə, dediklərimizin həmin hissəyə aid olan hissəsini dərk edir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA