Sabiq icra başçısı: "Təqaüdümlə dolanıram, işsizəm”

img

15-07-2022 [11:03]


Göyçayın sabiq icra başçısı Mehdi Səlimzadə vəzifəsindən azad edildikdən sonra ilk dəfə açıqlama verib.

Mia.az xəbər verir ki, Qaynarinfo-nun sullarına cavablandıran Mehdi Səlimzadə hazırda heç bir işlə məşğul olmadığını bildirib.

“Allaha şükür yaxşıyam. Pensiyadayam. Təqaüdümlə dolanıram. İşsizəm”, deyə keçmiş başçı qeyd edib.

Hazırda Bakıda yaşadığını bildirən Mehdi Səlimzadə “İndi yay fəslidir. Dincəlirəm. Fikirləşirəm ki, yaydan sonra hansısa bir işlə məşğul olum” deyib.

Bu ilin fevral ayında Prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan Mehdi Səlimzadənin korrupsiya və rüşvətə görə vəzifəsindən uzaqlaşdırıldığı deyilirdi. Sabiq icra başçısının bu iddialara cavabı belə olub:

“Yazırlar da (gülür). Bu insanlar hər şeyi yazır. Gedib rayonda soruşsunlar, görüm, mən kimdən rüşvət almışam. Hamısı yalan söhbətlərdir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA