Bayden İsraildə: "Rusiyanın uğursuzluğa düçar olması üçün hər şeyi edəcəyik" - Lapidlə bəyannamə imzalanıb
14-07-2022 [17:24]
ABŞ Prezidenti Cozef Bayden bu gün Tel-Əvivdə İsrail Baş naziri Yair Lapidlə birgə mətbuat konfransı keçirib.
Mia.az xəbər verir ki, Ukraynadakı savaşa toxunan Bayden Rusiyaya qarşı təzyiqləri artıracaqlarını deyib.
O bildirib ki, Rusiyanın Ukraynaya hücumunun uğursuzluğa düçar olması üçün müttəfiqləri ilə birgə lazım olan hər şeyi edəcəklər: "Biz bunun üçün çalışmalıyıq, Ukraynaya dəstəyimiz davam edəcək".
***
ABŞ Prezidenti Cozef Baydenlə İsrailin Baş naziri Yair Lapid arasında Qüdsdə Strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb.
İsrail KİV-ləri xəbər verir ki, məlumatı İsrail hökumətinin mətbuat xidməti yayıb.
Sənəd “Qüds Bəyannaməsi” adlanır. Bəyannamədə ABŞ-ın İsrailin təhlükəsizliyini dəstəkləməyə, İrana və onun nüvə silahlı əldə etməsinə qarşı birgə mübarizə aparmağa hazır olduğu bildirilib.
Sənəddə İsrail region ölkələri ilə münasibətlərin normallaşdırılması prosesində göstərdiyi köməyə görə ABŞ-a təşəkkür edir, Ştatlar ərəb və müsəlman ölkələrinin dairəsini genişləndirmək üçün bundan sonra da hər cür səy göstərəcəyini vəd edir.
Bəyannamədə İsrail və ABŞ-ın elm, texnologiya, tibb sahəsində əməkdaşlığı gücləndirəcəyi və inkişaf etdirəcəyi, dünyada ərzaq qıtlığı və qlobal istiləşmə ilə birgə mübarizə aparacağı da qeyd olunub: “ABŞ və İsrail Ukraynaya qarşı davam edən hücumlardan narahat olduqlarını, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiq olduqlarını, eləcə də Ukraynaya humanitar yardımın göstərilməsinin vacibliyini vurğulayırlar”.
Qeyd edək ki, iyunun 14-də ABŞ və İsrail liderləri arasında görüş olub. İsrail hökumətinin başçısı Yair Lapid ABŞ Prezidenti Cozef Baydeni İrana qarşı mübariə aparmaq üçün beynəlxalq koalisiya yaratmağa çağırıb. Cozef Bayden Yair Lapidlə görüşün açıq, səmimi və birbaşa keçdiyini söyləyib: “Görüşdə Yaxın Şərqdə yeni şərait açacaq bütün problem və imkanlara toxunduq”. ABŞ Prezidenti İsrailin təhlükəsiziyinə münasibətdə ölkəsinin üzərinə götürdüyü öhdəliklərə sədaqətli qaldığını vurğulayıb.
Bildirilib ki, Cozef Baydenin iştirakı ilə iyulun 14-də Qüdsdə İsrailin Baş naziri Yair Lapid, Hindistan Prezidenti Narendra Modi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayedlə virtual dördtərəfli sammit də başlayıb. “I2U2” (ingilis dilində İsrail, Hindistan və ABŞ və BƏƏ-nin adlarının baş hərfləri) adlanan daimi strukturun yarandığı elan ediləcək. Dördlüyün ilk layihələrindən biri Ərzaq Təhlükəsizliyi Proqramı olacaq. Bu proqram çərçivəsində ABŞ və Birləşmiş Ərəb Əmirlikləri Hindistanda kənd təsərrüfatı zonasında İsrailin bu sahə üzrə texnologiyalarından fəal istifadə etməklə kənd təsərrüfatı zonalarının yaradılmasına 2 milyard dollar ayıracaqlar. Layihə ilə bağlı ətraflı məlumat iyulun 15-də dərc ediləcək/Report.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR