Bayden İranın nüvə silahına çox yaxın olduğunu dedi, xəbərdarlıq etdi: "Tehranı dayandırmaq üçün gücdən istifadə etməyə hazırıq"

img

14-07-2022 [09:17]


"ABŞ İranın nüvə silahına sahib olmasına icazə verməyəcək və Tehranı dayandırmaq üçün son variant kimi gücdən istifadə etməyə hazırdır".

Bu sözləri ABŞ Prezidenti Cozef Bayden İsrail televiziyasının 12-ci kanalına müsahibəsində deyib.

ABŞ Prezidenti, həmçinin Donald Trampın rəhbərlik etdiyi əvvəlki Vaşinqton administrasiyasının İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmaq qərarını “nəhəng səhv” adlandırıb. "Onlar indi əvvəlkindən daha çox nüvə silahına yaxındırlar".

Qeyd edək ki, Bayden vəzifəyə gəldikdən sonra ilk Yaxın Şərq turnesi çərçivəsində İsrailə səfər edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA