"Mən intihar məqsədilə özümü yandırmamışam" - Qazidən və TƏBİB-dən açıqlamalar
14-07-2022 [00:03]
Bu gün sosial şəbəkədə Ağdaş rayon sakini olan qazi Məmmədov Elvin Elçin oğlunun Türyançay sahilində intihara cəhd etdiyi barədə məlumat yayılıb. Onun intihar məqdədilə özünü yandırdığı, vəziyyətinin kritik olduğu qeyd edilib.
Mia.az bildirir ki, Elvin Məmmədov özü APA-ya bildirib ki, onun intihara cəhd etməsi barədə xəbər yalandır.
Qazi çay kənarında özünə məxsus kafedə manqalda ehtiyatsızlıqdan xəsarət aldığını qeyd edib: "Mən intihar məqsədilə özümü yandırmamışam. Manqalda kabab bişirən zaman ehtiyatsızlıqdan yanıq xəsarətləri almışam. Hazırda vəziyyətim normaldır".
Qazi həmçinin qeyd edib ki, Vətən Müharibəsində Suqovuşan azadlığı uğrunda döyüşlərdə iştirak edib və Ali Baş Komandan tərəfindən "Suqovuşanın azad edilməsi" medalı ilə təltif edilib.
Xəstəxanadan bildirilib ki, E. Məmmədov bədənin döş qəfəsinin, qarın nahiyyəsinin sol qolun, əlin termiki alov yanığı ilə daxil olub. Onun vəziyyəti qənaətbəxşdir, yaxın günlərdə evə buraxılacaq.
Ağdaş Qarabağ Əlilləri Cəmiyyətinin sədri İsmayıl Xudiyev də APA-ya bildirib ki, o bu gün də Elvin Məmmədovu ziyarət edib. İ. Xudiyev də E. Məmmədovun intihar etməsi ilə bağlı yazılanların həqiqəti əks etdirmədiyini qeyd edib: " Elvin Məmmədovun veteran təqaüdü 3 ay verildikdən sonra dayanıb. Bunun səbəbi araşdırılır. Lakin onun yanıq xəsarəti alması sırf məişət zəminində, kafedə kabab bişirərkən olub".
***
TƏBİB yanıq xəsarətləri alan qazi ilə bağlı açıqlama yayıb.
Mia.az xəbər verir ki, məlumata görə, Ağdaş rayon sakini, II Qarabağ müharibəsinin iştirakçısı Elvin Məmmədov məişət şəraitində ehtiyatsızlıqdan bədəninin döş qəfəsinin, qarın nahiyyəsinin, sol qolun yanığı diaqnozu ilə 10.07.2022-ci il tarixində xəstəxanaya müraciət edib: "Xəstəyə Ağdaş Mərkəzi Xəstəxanasında təcili tibbi yardım göstərilərək, Nərimanov Tibb Mərkəzinə təxliyə edilib. Vəziyyəti stabildir və qısa müddət ərzində ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulur".
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...