Fəxri konsulumuza hücum oldu

img

14-04-2014 [18:27]


Naməlum şəxslər Rusiya Federasiyasının Ukraynanın Çerniqov şəhərindəki fəxri konsulluğuna hücum ediblər.

"Axar.az”ın məlumatına görə, bu barədə "Çerniqovşina: sobıtiya i kommentarii" portalı məlumat ayıb. Hücum zamanı konsulluğun qapısı, pəncərələri sındırılıb. Hücum edənlər içəri daxil olaraq ofisin divarlarına Rusiyanı və Prezident Putinin ünvanına yönəlik təhqirlər, söyüşlər yazıblar.

Konsul müavini Yuri Yevtuşenkonun dediyinə görə, əvvəllər konsulluğun binası qarşısında dinc aksiyalar olub, amma belə vandal akt ilk dəfədir.

Qeyd edək ki, Rusiyanın Çerniqovdakı fəxri konsulu azərbaycanlı Vaqif Əliyevdir.

Portalın yazdığına görə, Kiyevdə bizneslə məşğul olan Əliyev bu vəzifəni 2008-ci ildən tutur. Hadisə vaxtı konsul da binada olub. Ona hücum olsa da, mühafizəçilər Əliyevə xəsarət yetirilməsinə imkan verməyiblər. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA