Türkiyə səfiri Ukrayna XİN-ə çağırılacaq - Oğurlanmış taxıla görə

img

07-07-2022 [13:05]


Türkiyə səfiri Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunacaq.

Bu barədə Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko deyib.

“Təəssüf edirik ki, Türkiyə rəsmilərinə təqdim edilən cinayət dəlillərinə baxmayaraq, oğurlanmış Ukrayna taxılı ilə yüklənmiş Rusiyanın “Jibek Jolı” gəmisinə Karasu limanını tərk etməyə icazə verilib. Bu qəbuledilməz vəziyyətə aydınlıq gətirmək üçün Türkiyənin Kiyevdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət olunacaq”, - mətbuat katibi qeyd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR