Kamran Əliyev prokurorları topladı, tapşırıqlar verdi - MÜŞAVİRƏ
06-07-2022 [17:34]
İyulun 6-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin iştirakı ilə cinayət təqibi zamanı prosessual məcburiyyət tədbirlərinin tətbiqi, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılması, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və cəzaların məqsədinə nail olunmasında prokurorluq orqanlarının qarşısında duran aktual vəzifələrə dair əməliyyat müşavirəsi keçirilib.
Mia.az Baş Prokurorluğa istinadla bildirir ki, müşavirədə çıxış edən Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarının əsas məqsədinin cəza siyasətinin humanistləşdirilməsinə yönəldiyini bildirməklə son dövrlər həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulamış, bu baxımdan ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının müvəqqəti məhdudlaşdırmasında qanunların düzgün icrasının prokurorluq orqanlarının qarşısında duran vəzifələrdən biri olduğu diqqətə çatdırılıb.
Eyni zamanda, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin uzadılması zamanı maddi və prosessual hüquqi əsasların mövcudluğunun yoxlanılmasının təmin edilməsinin, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsinin, habelə məhkəmələr tərəfindən cəza təyini zamanı dövlət ittihamçılarının cinayət işinin hallarından irəli gələn təkliflərinin verilməsində təşəbbüskarlığın artırılmasının zərurililiyi vurğulanıb.
Müşavirədə məruzəçi qismində çıxış edən Baş prokurorunun böyük köməkçisi Mahir Abbasov, Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev, Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi Orxan İsayev və Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev prosessual məcburiyyət tədbirlərinin tətbiqində prokuror nəzarətinin səmərəliliyinin daha da artırılması, cəzaların məqsədinə nail olunmasında prokurorluğun iştirakı institutunun təkmilləşdirilməsinə dair təkliflərini bildirib.
Əməliyyat müşavirəsində məruzələr ətrafında fikir mübadiləsi aparılmış, Baş prokurorun göstərişinə əsasən zəruri tədbirlərin görülməsi məqsədilə işçi qrupların yaradılmaqla qısa müddət ərzində konkret təkliflərin təqdim olunması qərara alınıb.
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...