Nazirlk müəllimlərin sertifikasiyası ilə bağlı açıqlama yayıb

img

06-07-2022 [12:17]


Təhsil Nazirliyi müəllimlərin sertifikasiyası ilə bağlı açıqlama yayıb.

Mia.az xəbər verir ki, nazirlik müəllimlərin işə qəbulu və sertifikasiya prosesi ilə bağlı heç bir şirkət və ya tədris mərkəzi ilə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır: "Təhsil Nazirliyi bildirir ki, vətəndaşlara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd müəllimlərin işə qəbulu və sertifikasiya prosedurları çərçivəsində heç bir rol oynamır. Belə hallarla qarşılaşan vətəndaşlardan Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-3 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (https://edu.gov.az/az/contact_us) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etmələri xahiş olunur".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA