"Ukraynada əməliyyat tapşırıqlar tam yerinə yetirilənə qədər davam edəcək" - Şoyqu

img

05-07-2022 [18:15]


Ukraynada xüsusi əməliyyat Ali Baş Komandanın qarşıya qoyduğu tapşırıqlar tam yerinə yetirilənə qədər davam edəcək.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

O, Qərbin Ukraynadakı münaqişəni uzatmaq üçün Kiyevə irimiqyaslı silah tədarükünü davam etdirdiyini söyləyib. Şoyqunun sözlərinə görə, Qərbin Ukraynaya verdiyi silahların bir hissəsi Yaxın Şərqə və “qara bazar”a çıxır.

Rusiya müdafiə naziri bildirib ki, son 10 gündə Ukraynada 170 əcnəbi muzdlu məhv edilib. 99 nəfər isə döyüş əməliyyatlarında iştirakdan imtina edərək Ukrayna ərazisini tərk edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA