Vüqar Rəhimzadə: "Xəzəryanı ölkələr arasında dostluq münasibətləri regionda sabitliyin və təhlükəsizliyin mühüm amilidir"
02-07-2022 [23:56]
“Xarici siyasətində ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasına xüsusi önəm verən Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar göz önündədir. Bu gün Azərbaycan bütün bölgədə regional əməkdaşlığın aparıcı qüvvəsi kimi tanınır və nüfuz qazanır. Bu baxımdan tarixi Zəfərimizin reallıqlarını yaşadığımız hazırkı dövrdə Azərbaycanın regional əməkdaşlığın müəllifi kimi mövqeyini daha da möhkəmləndirməsi diqqətdən kənarda qala bilməz. Bir mühüm məqamı da qeyd edək ki, Azərbaycanın xarici siyasətində Qarabağ münaqişəsindən sonra ikinci əsas məsələ Xəzərin hüquqi statusu idi. 2018-ci ildə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanması Xəzəryanı dövlətlər arasında əlaqələrin yeni prioritetlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Sənədin imzalanmasınadək baş verən proseslərin, aparılan müzakirələrin xronologiyasına nəzər salsaq bu məsələdə mütəmadi surətdə fikir ayrılıqlarının meydana çıxdığının şahidi olarıq. Məlum olduğu kimi, Sovet İttifaqının dağılmasından sonra bu regionda yeni müstəqil dövlətlərin yaranması Xəzərin hüquqi statusunun müəyyən edilməsi məsələsini gündəmə gətirdi. Xəzəryanı dövlətlərin sərhədlərinin müəyyənləşdirilməsi və Xəzərdən istifadə məsələsinin həlli zərurəti ortaya çıxdı. Xəzərin hüquqi statusu probleminin həll edilməsi ilə bağlı 1992-ci ildən etibarən sahilyanı dövlətlər arasında danışıqlar prosesi başlandı. Uzun illər ərzində 5 Xəzəryanı dövlətin - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyanın Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı ümumi razılığa gələ bilməmələri və yekun Konvensiyanın imzalanmaması səbəbindən bu problem Xəzəryanı dövlətlər arasında əsas müzakirə mövzusu olaraq qalırdı.”
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə bu məqamı da xüsusi qeyd edib ki, ulu öndər Heydər Əliyevin problemin həlli istiqamətində səyləri və xidmətləri böyükdür: “Ümummilli Lider daim bəyan edirdi ki, Xəzər sülh, əməkdaşlıq dənizi olmalıdır. 2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının V Zirvə Toplantısı çərçivəsində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiya imzalandı. Həmin vaxt Qazaxıstan Prezidenti Konvensiyanın imzalanmasını görülən işlərin kulminasiyası adlandırmışdı.”
“Konvensiyanın siyasi və iqtisadi əhəmiyyətindən bəhs edərkən təbii ki, ilk növbədə bu mühüm hadisədə Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfələrin stimulverici amil rolunu oynadığını xüsusi qeyd etməliyik” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, illər keçdikcə İran və Türkmənistan ilə aparılan danışıqlar onların mövqelərinin beynəlxalq hüquq normalarına uyğun formalaşmasına səbəb oldu: “Ölkəmizin Xəzəryanı dövlətlərlə ikitərəfli əməkdaşlığının bugünkü səviyyəsi göz önündədir. Prezident İlham Əliyevin hər zaman çıxışlarında yer alan bu fikrini xüsusi qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətində region dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyev iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısındakı nitqində “Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq” söyləyərək onu da əlavə etmişdir ki, Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.”
Vüqar Rəhimzadə vurğulayıb ki, nəqliyyat sektoruna çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirib: “2017-ci ilin oktyabrında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirir. Həmçinin Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb dəhlizi, Azərbaycandan keçməklə İran və Rusiya arasında tranzitin reallaşdırıldığı Şimal-Cənub dəhlizi iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, ölkələri bir-birinə yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir. Bütün bunlar ölkələrimiz üçün əlavə imkanlar yaradır. Bu layihələr öncə iqtisadi rifahdır, ölkələrimizin dünya miqyaslı mühüm tranzit qovşağa çevrilməsidir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihədən danışmaq qeyri-mümkündür. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri dövlətlər, xalqlar arasında dostluq körpüsü yaradır. Bu layihələr iştirakçı dövlətlərlə yanaşı, dünya ölkələrinin də uzunmüddətli iqtisadi inkişafına böyük töhfələr verir. Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi artıq reallığa çevrilir.”
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq regionda sabitliyin və təhlükəsizliyin mühüm amilidir: “Xəzəryanı dövlətlər arasında ikitərəfli əlaqələrin genişlənməsi onların beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıqlarının yeni prioritetlər üzrə inkişafında mühüm rol oynayır. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etməsi bugünkü reallıqlarımızın əsasını təşkil edir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası illər keçdikcə genişlənərək 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 2018-ci ildə bu nəhəng layihənin rəsmi açılışının keçirilməsi, nəhayət, 2020-ci il dekabr ayının 31-də TAP-ın icrası Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi ilə başa çatdı. Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu hər bir layihənin uğurlu sonluqla başa çatmasını əməli işi ilə təsdiq edir.”
Vüqar Rəhimzadə keçirilən hər bir konfransın, Zirvə görüşlərinin münasibətlərin yaxınlaşmasında, ölkələrin malik olduqları imkanların təqdimatında və bu fonda yeni layihələrin gündəmə gətirilməsində stimulverici amil olduğunu bildirib. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Zirvə Toplantısı Xəzəryanı dövlətlərin qarşısında duran mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
XAMENEİNİN KÜRƏKƏNİ VƏ GƏLİNİ ÖLDÜ, ÖZÜ YAŞAYIRMI? - Netanyahu "İqamətgahını dağıtdıq, o..." deyir
Şamaxı-Ağsu sərhədində zəlzələ olub
RƏSMİ BAKI İRANA HÜCUMLA BAĞLI BƏYANAT VERDİ
İranda məktəb vurulub - 160 şagird ölüb (Yenilənib)
Ramazanın 11-ci gününün duası: imsak və iftar vaxtı
Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
ABŞ və İSRAİLİN İRANA HÜCUM DAVAM EDİR - Dini liderin ofisi də vurulub (AÇIQLAMALAR)
"Sanki bizim irəli getməyimizi istəmirlər, ayağımızdan tutub aşağı salırlar" - "Neftçi"nin baş məşqçisi elə sözlər dedi ki... (VİDEO)
İran XİN başçısı: "Güclü silahlı qüvvələrimiz düşmənə haqq etdikləri dərsi verəcək"
AAYDA-dan daha bir xəbər - Baş nazirin birinci müavini və Saleh Məmmədovla qonşu olan rəis haqqında şok iddialar yayıldı
İran ABŞ-ın Qətərdəki RLS-sistemi məhv edib
Rusiya prezidentinin təltif etdiyi həmyerlimiz... - Səyyad Əliyev kimdir? (FOTOLAR)
"Şamaxı" "Neftçi" oyunu: matç 4 qolla bitdi - Bakı komandasının oyunçusu zədələndi (VİDEOLAR, YENİLƏNİR)
"Şamaxı" - "Neftçi" oyununda meydanı duman basdı - VİDEO, FOTO
"Şamaxı"nın azarkeş xanımlarından proqnoz - VİDEO
İRAN 6 ÖLKƏDƏ ABŞ BAZALARINI VURDU: "Heç bir qırmızı cizgimiz yoxdur, hər bir hədəf..."
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı