Azərbaycanla Latviya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

img

30-06-2022 [14:07]


Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndələri ilə Latviya Respublikasının Müdafiə Nazirliyinin Mühəndis Təlim Mərkəzinin mütəxəssisləri arasında görüş keçirilib.

Mia.az xəbər verir ki, görüşdə qonaqlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə minaların təmizlənməsi üzrə görülən işlər barədə ətraflı məlumat verilib.

Sonda minaların və əldəqayırma partlayıcı qurğuların zərərsizləşdirilməsi, eləcə də digər mövzular barəsində ətraflı fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA