Kremençukda matəm elan olunub: "36 nəfərin taleyindən hələ də xəbər yoxdur" - "Biz unutmayacağıq, bağışlamayacağıq!"

img

28-06-2022 [12:23]


Ukraynanın Kremençuk şəhərində üç günlük matəm elan olunub.

Mia.az xəbər verir ki, bu barədə şəhərin meri Vitali Maletskiy açıqlama verib.

O, bildiri ki, "Amstor" ticarət mərkəzinə raket hücumu nəticəsində həlak olanların xatirəsinə hörmət olaraq iyunun 28, 29 və 30-da şəhərdə matəm elan edilib: "Biz unutmayacağıq, bağışlamayacağıq!".

Xatırladaq ki, iyunun 27-də Rusiya hərbi qüvvələri Poltava vilayətinin Kremençuk şəhərinə iki raket zərbəsi endirib. Raketlərdən biri stadiona, digəri isə təxminən 1000 nəfərin olduğu ticarət mərkəzinə düşüb. Nəticədə 18 nəfər həlak olub, 59 nəfər yaralanıb, onlardan 25-i reanimasiyaya yerləşdirilib, 36 nəfər isə itkin düşüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA