Almaniya Ukraynaya nə qədər silah göndərir?

img

21-06-2022 [16:22]


Almaniya hökuməti Ukraynaya tədarük edəcəyi silah və hərbi texnikanın tam siyahısını açıqlayıb.

“RBK-Ukraina” xəbər verir ki, bu barədə Almaniya hökuməti mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hərbi texnikanın bir hissəsi Bundesverə (Almaniya Silahlı Qüvvələr), bir hissəsi isə hökumətin təşəbbüsü hesabına aparılan modernləşdirmə üzrə sənaye müəssisələrindən tədarük olunacaq.

Almaniyanın Ukraynaya tədarük edəcəyi 100-ə qədər hərbi texnika və silahın siyahısına 7 “Panzerhaubitzen 2000” özüyeriyən qaubitsa, 30 “GEPARD” zenit -tank, o cümlədən 6 min zenit sursatı, IRIS-T hava hücumunda müdafiə sistemi, 3 “MARS” reaktiv yaylım atəş sistemi (sursatı ilə birlikdə), 10 min artilleriya sursatı, 53 min zenit sursatı, odlu silah üçün 5,8 milyon güllə, 10 ədəd müdafiə olunan avtomobil və s. daxildir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA