Hulusi Akar Ukayna və Britaniya müdafiə nazirləri ilə görüşüb - Brüsseldə

img

16-06-2022 [12:03]


Türkiyənin müdafiə naziri Hulusi Akar NATO müdafiə nazirləri toplantısı çərçivəsində Belçikanın Brüssel şəhərində bir sıra görüşlər keçirir.

Məlumatı Türkiyənin NTV telekanalı yayıb.

Bildirilib ki, ikitərəfli görüşlərdən sonra Hulusi Akar Böyük Britaniyanın müdafiə naziri Ben Uolles və Ukraynanın müdafiə naziri Oleksey Reznikovla üçtərəfli görüş keçirib.

Görüşdə tərəflər Ukraynadakı son vəziyyəti, Ukrayna limanlarında taxıl dolu gəmilərin təhlükəsiz şəkildə ölkə xaricinə daşınması, “A400M” təyyarələrinin Türkiyəyə təhlükəsiz çatdırılması mövzularını müzakirə ediblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA