Gürcüstanda hökumət böhranı: "Əgər hökumət Prezidenti bloklayırsa..." - Baş nazirdən açıqlama

img

11-06-2022 [13:17]


“Son bir neçə həftə ərzində Prezidentin müxtəlif ölkələrə rəsmi səfərləri ilə bağlı bütün müraciətlərini imzalamışam və onun təmin edilməyən xahişi olmayıb”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Prezident Salome Zurabişvilinin hökumətin onun Polşa, Ukrayna və Fransaya səfərinə icazə verməməsi ilə bağlı dediklərinə münasibət bildirərkən deyib.

Hökumət başçısı jurnalistlərə açıqlamasında dövlət başçısının destruktiv müxalifətin və ölkənin düşmənlərinin bəyanatlarını təkrarladığına təəssüf etdiyini bildirib: “Deyildiyi kimi, əgər hökumət Prezidenti bloklayırsa, o zaman dövlət başçısı Brüsselə necə səfər etdi? Ümid edirəm ki, o, hökumətin işindən daha yaxşı baş çıxaracaq”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA