İtaliyada radardan itən helikopterdə Türkiyənin 4 vətəndaşı var

img

10-06-2022 [11:28]


İtaliyada radarlardan itən helikopterin göyərtəsində Türkiyədə özəl firmalardan birində işləyən ölkənin 4 vətəndaşı olub.

Bu barədə İtaliyanın Türkiyədəki səfirliyindən bildirilib.

Məlumata görə, iyunun 9-da İtaliyanın Toskana və Emilia-Romaqna bölgələrinin sərhədində helikopter radarlardan itib. Dünəndən onun axtarışı davam edir. Axtarışlar hələ ki bir nəticə verməyib.

Məlumata görə, helikopterin göyərtəsində 4-ü Türkiyə, 2-si Livan vətəndaşı olmaqla 7 sərnişin var imiş.

Helikopter təmizlik məhsulları satan “Roto Cart” adlı bir firmanın müştərilərini fabrikə daşıyırmış.

Hadisə ilə bağlı Türkiyənin "Əczaçıbaşı" şirkəti açıqlama yayaraq 4 əməkdaşının itkin düşdüyünü bildirib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA