Gürcüstanda hərbi xidmət müddəti azaldılır

img

09-06-2022 [17:40]


Gürcüstanda hərbi xidmət müddətinin 12 aydan 8 ayadək azaldılması planlaşdırılıb.

Bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze parlamentdə çıxışı zamanı bildirib.

Nazir deyib ki, bu məqsədlə çağırışçılar üçün Milli Hərbi Xidmətin yaradılması nəzərdə tutulub.

C.Burçuladzenin sözlərinə görə, milli hərbi xidməti yalnız Müdafiə Nazirliyi sistemində keçmək mümkün olacaq. O, xidmət dövründə gənclərin yüksək səviyyədə ilkin döyüş hazırlığı əldə etmək imkanının olacağını vurğulayıb.

Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə əsasən ölkə vətəndaşı olan 18-27 yaş arasındakı kişilər 12 aylıq həqiqi hərbi xidmət keçməlidirlər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA