Gürcüstan Polşa ilə birgə PUA istehsal edəcək

img

09-06-2022 [17:26]


Gürcüstan Polşa ilə birgə pilotsuz uçuş aparatları istehsal edəcək.

Bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze parlamentdə illik hesabatla çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yaradılmış Gürcüstan-Polşa birgə müəssisəsi qırıcı və kəşfiyyat PUA-larının istehsalını həyata keçirəcək.

Nazir müəssisənin müasir texnologiyalarla təchiz ediləcəyini, nəzdində təlim mərkəzinin də yaradılacağını deyib.

C.Burçuladze qeyd edib ki, ilin sonunadək “Delta Vebe” şirkəti Gürcüstan istehsalı olan PUA-lar buraxacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA