Mariupolda kimliyi müəyyən edilməyən meyitlər tullantılarla birgə poliqona aparılır

img

09-06-2022 [15:56]


“Dəqiq neçə Mariupol sakininin öldüyü məlum deyil. İndi ərazidəki evlər sökülür, ölənlər isə axtarılmır”.

Bunu Mariupol şəhər merinin müşaviri Petro Andrüşenko teleqramda yazıb.

Şəhər rəsmisinin sözlərinə görə, çox güman ki, kimliyi müəyyən edilməyən meyitlər tikinti tullantıları ilə birlikdə Levoberejnı zibil poliqonuna aparılır: “Evləri tamamilə dağıldığı üçün ərazidəki insanlar zirzəmilərdə yaşamağa davam edir. İşğalçı hakimiyyətin şəhərdə epidemioloji vəziyyətin əlverişli olması barədə açıqlamalarına baxmayaraq, Mariupol küçələrində zibil təpələri mövcuddur”/Report.

Xatırladaq ki, Rusiya ordusu mayın 20-də şəhəri tam ələ keçiriib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:35 14.11.2024

Sabah yağış yağacaq