ABŞ səfiri: “Putin başa düşməlidir ki, Rusiya İranın vəziyyətinə düşə bilər”

img

09-06-2022 [10:55]


“Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə bildirib.

Səfir deyib ki, ABŞ hər zaman Ukraynanı dəstəkləyir və hamını Rusiyanın təcavüzünə göz yummamağa çağırır.

Ö.Litzenberger vurğulayıb ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar onun iqtisadiyyatına zərbə vurmalıdır: “Putin başa düşməlidir ki, Rusiya İranın vəziyyətinə düşə bilər”.

Onun sözlərinə görə, Rusiya qoşunlarının Ukraynadakı törətdikləri region ölkələri üçün ciddi çağırışdır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA