Lavrov Türkiyəyə getdi, Şoyqu Akarla danışdı - Ukrayna limanlarından yağ və taxılın ixracı və...

img

07-06-2022 [20:20]


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə rəsmi səfər edib.

Mia.az xəbər verir ki, o, sabah Mövlud Çavuşoğlu ilə görüşəcək.

Gözlənilir ki, Ərdoğan da Rusiya XİN başçısını qəbul edəcək.

Onu da qeyd edək ki, bu gün Rusiya Müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akarla telefonda danışıb. Tərəflər Ukrayna limanlarından duru yağ, taxıl və digərlərin ixracı, həmçinin bölgədəki mövcud vəziyyəti müzakirə ediblər.

Akar Şoyqu ilə müzakirədə Suriyanın şimalındakı PKK terrorçularının varlığına toxunaraq, deyib ki, bu, qəbuledilməz haldır. 

Bundan əlavə, Lavrov və Çavuşoğlu Qərbin Rusiyaya qarşı sanksiyaları kontekstində ticari-iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA