Conson: "Biz gücləndirməyə davam edəcəyik”

img

07-06-2022 [09:52]


“Biz partiya olaraq bir araya gəlməli, hökumətin insanlara yaşayış xərcləri ilə kömək etmək, COVID-19-dan geri qalmalarını aradan qaldırmaq və küçələrimizi daha təhlükəsiz etmək üçün nə etməyin lazım olduğuna diqqət yetirməliyik”.

Mia.az xəbər verir ki, bu, Böyük Britaniyanın Baş naziri Boris Conconun paylaşımında bildirilib.

O qeyd edib ki, "biz birləşməyə, iqtisadiyyatımızı yüksəltməyə və gücləndirməyə davam edəcəyik”.

Qeyd edək ki, dünən Britaniya parlamentində Boris Consona etimad səsverməsi keçirilib. Səsvermənin nəticələrinə əsasən mühafizəkarlar Consona etimadsızlıq elan etmək üçün kifayət qədər səs toplaya bilməyiblər. Beləliklə, Britaniya hökumətinin başçısı bir il müddətinə toxunulmazlıq alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA