Ermənistanda etirazlar böyüyür, polislə toqquşma oldu - Xeyli yaralı var (VİDEO)

img

03-06-2022 [22:42]


İyunun 3-də Ermənistan müxalifətinin növbəti aksiyası polislə toqquşmalara səbəb olub.

Ermənistan mətbuatı xəbər verir ki, hökumət evinə doğru irəliləmək istəyən etirazçılara polis müdaxilə etməyə çalışıb.

Polis aksiya iştirakçılarına qarşı səs qumbarası tətbiq edib.

Toqquşmada 20-yə yaxın insanın xəsarət aldığı deyilir. Onların arasında polis əməkdaşları da var. Səhiyyə Nazirliyinin məlumatına görə, 42 nəfər müxtəlif xəsarətlərlə tibb müəssisələrinə yerləşdirilib.

Aksiya zamanı müxalifətdən olan deputatlar hökumət binasına doğru yürüş edib və bütün girişləri mühasirəyə alıblar. Bu zaman polislə etirazçılar arasında toqquşma baş verib/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA