Mədət Quliyevin media layihəsi: kimə və nəyə xidmət edir?!

img

08-04-2014 [17:15]


Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin rəisi, general Mədət Quliyev ölkədə bir çox nazir güc sahiblərinin daxil ola bilmədiyi media sektorunda əmin addımlarla irəliləyir. Artıq onun himayəsində üç xəbər portalı fəaliyyət göstərir.

Mia.az «Reytinq» qəzetinə istinadən xəbər verir ki, Mədət Quliyevin media layihəsində yer alan saytlarda əsasən hakimiyyətdaxili qruplara yönəlik kompromatların yer alması da təsadüfi deyil: «Görünür, Mədət Quliyevin qarşısına yaxın aylarda aparılacağı gözlənilən kadr islahatlarında təmsil olunduğu qruplaşmanın özünün daha güclü çıxmasını təmin etmək üçün əks tərəfi gözdən salmaq planı qoyulub. O, hələki bu planı uğurla həyata keçirilməsinə nəzarəti təmin edə bilir. Ancaq generalın özünü də fakt qarşısında qoyacaq kompromatlar da az deyil». 

Mənbə deyir ki, Mədət Quliyev yaxın aylarda rusdilli bir saytın fəaliyyətə başlamasına da hazırlıq görür: «Yəqin ki, o, bununla 2015 parlament seçkilərində rusdilli əhaliyə də nüfuz etməklə, təmsil etdiyi qruplaşmanın gələcək planlarına yardımçı olmağı düşünür».


Digər xəbərlər
SON XƏBƏRLƏR