Rusiyadan ABŞ və Ukraynaya xəbərdarlıq: “Bu, tamamilə arzuolunmaz ssenaridir"

img

02-06-2022 [14:38]


Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukrayna və ABŞ-a xəbərdarlıq edib.

 TASS xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Ukraynanın xarici silahlardan istifadə etmək cəhdləri vəziyyəti xeyli pisləşdirəcək. Bu, tamamilə arzuolunmaz ssenaridir. Ukrayna ən müasir silahlarla təmin edilir. Mən bu silahların bizim ərazimizə qarşı istifadəsinin hansı nəticələrə səbəb olacağından danışmaq istəmirəm. Bu, durumu əhəmiyyətli dərəcədə əlverişsiz istiqamətə doğru dəyişəcək”, - o söyləyib.

D.Peskov bildirib ki, Qərbin daha müasir silahların Kiyevə tədarükü Ukraynanın durumunu daha da ağırlaşdıracaq, lakin Rusiyanın xüsusi əməliyyatına təsir etməyəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA