MN: “Rusiya yenə mülki obyektləri bombalayır”

img

02-06-2022 [10:31]


“Rusiya işğalçıları məktəb, xəstəxana və uşaq bağçalarında Ukrayna hərbi hissələrinin yerləşdirildiyini bəhanə gətirərək mülki obyektləri bombalayırlar”.

Mia.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, Rusiya müvəqqəti işğal etdiyi ərazilərdəki mülki xəstəxanalara yaralı hərbçilərini yerləşdirir.

Məlumata görə, Ukrayna müdafiəçiləri ötən sutka ərzində Donetsk və Luqansk vilayələtləri istiqamətində Rusiya qoşunlarının 13 hücumunun qarşısı alıb, 2 tank, 6 artilleriya sistemi, 8 zirehli döyüş maşınını məhv edib: "Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri həmçinin Rusiyanın “Orlan-10” tipli 7 PUA-sını sıradan çıxarıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA