Ukrayna kəşfiyyatından sensasiyalı əməliyyat: Rusiyanın mühəndis bölmələri məhv edilib

img

31-05-2022 [16:47]


Ukrayna ərazisində Rusiya qoşunlarının mühəndis bölmələri məhv edilib.

“Ukrinform” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisənin cəbhənin hansı istiqamətində baş verdiyi açıqlanmayıb. Bildirilib ki, tapşırıqların yerinə yetirildiyi ərazilərin birində Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyatçıları Rusiyanın mühəndis bölmələrini uğurla məhv ediblər.

Ukrayna Silahlı Qüvvələrindən isə bildirilib ki, Donbasda Rusiyanın özəl hərbi birləşməsi olan “Vaqner”in böyük bir hissəsi məhv edilib: “Artıq Rusiya ordusunun hərbçiləri döyüşməkdən qorxurlar”


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA