Gürcüstan parlamentinin sədri Ermənistan Prezidenti ilə regional sabitliyi müzakirə edib

img

31-05-2022 [15:29]


Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu ölkədə rəsmi səfərdə olan Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ilə görüş keçirib.

Tərəflər bölgədə baş verən hadisələr, regional sülh və sabitliyə nail olunması üçün atılmış addımları müzakirə ediblər.

Görüşdə Gürcüstan və Ermənistan arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.

İkitərəfli münasibətlərin bundan sonra da inkişafına hazırlıq ifadə olunub./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA