Ərdoğan Putindən dərhal sonra Zelenski ilə zəngləşib - Nələr müzakirə edilib?

img

31-05-2022 [09:27]


Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Putinlə telefon müzakirəsindən dərhal sonra  Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefonda danışıb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı Ukraynadakı son vəziyyət müzakirə edilib, Ukrayna ilə Rusiya arasında danışıqlar olacağı təqdirdə rəsmi Ankarının vasitəçilik etməyə hazır olduğu bildirilib.

Ərdoğan bildirib ki, ölkəsi Ukrayna və Rusiya arasında danışıqların davam etdirilməsi üçün hər cür səy göstərib və vasitəçilik də daxil olmaqla, daha çox dəstək verməyə hazırdır.

Liderlər həmçinin təhlükəsiz dəhlizləri müzakirə ediblər, Türkiyə tərəfi Ukrayna kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə ixracı üçün dəhlizə xüsusi önəm verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA