"Texnikabank"ın məşhur rəhbəri general və sabiq rəislərin məhkəməsində: "Məndən 300-500 milyon manat tələb edirdilər" - Məhkəmə prosesində sensasiyalı ifadələr
17-05-2022 [20:55]
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev zərərçəkənlərin etirazlarına, vəsatətlərinə baxmayaraq növbəti dəfə mətbuat nümayəndələrinin məhkəmə prosesində iştirakına imkan verməyib.
Prosesdə Etibar Əliyev zərərçəkən şəxs qismində ifadə verib. “Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsində çalışmış Etibar Əliyev deyib ki, 6 mart 2012-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupu tərəfindən saxlanılıb:
"Həbs edilərkən məndən 300-500 milyon manat tələb edirdilər. Deyirdilər ki, bankdakı pulları bizə ver. İzah edirdim ki, bankın müxbir hesabındakı həmin pullar müştərilərindir, mənim deyil. Mənə saxta ittiham elan edib barəmdə həbs qətimkan tədbiri seçildi. Həbsdə olduğum vaxt Vüsal Ələkbərovun və Təhsin Ağayevin göstərişi ilə dəfələrlə təcridxanadan onların xidməti otaqlarına çağırtdırırdılar. Orada Vüsal Ələkbərov və Təhsin Ağayev məndən külli miqdarda pul tələb edirdilər. İş yerimdə aparılan axtarış zamanı digər sənədlərlə birlikdə həyat yoldaşım Esmira Bayramovanın adına olan Akademik Həsən Əliyev küçəsi, 63 ünvanında yerləşən 5 mərtəbəli evin sənədlərini də götürmüşdülər. Sözlərindən belə başa düşdüm ki, evim Mövlam Şıxəliyevə çatır, guya əziyyət çəkib istintaq apardığına görə ona haqq kimi mənim evim verilməlidir. MTN-in nümayəndəsini banka göndərib idarəetməni ələ aldılar. Əmanətçilərin hesablardakı pullarını ölkə daxilində və xaricində olan, özlərinin istədikləri hesablara köçürdülər. Bankı talan elədilər, müflis duruma saldılar".
Zərərçəkən deyib ki, həmin günlərdə MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsini daşıyan Mövlam Şıxəliyev onu qəbul edib:
"Mövlam Şixəliyev yoldaşımın adına olan 5 mərtəbəli evi israrla onların dediyi adamın adına keçirməyi tələb edirdi. Deyirdi ki, bu rəhbərliyin göstərişidir, ev onların adamına verilməlidir. Növbəti gün Təhsin Ağayev məni öz xidməti otağına gətizdirdi.Oğlum Kəramət və Vüsal Ələkbərov da otaqda idi. Oğlumun fiziki cəhətdən çox zəiflədiyini gördüm. Başqa yolum qalmadı, evi verməyə razı olduğumu dedim".
Zərərçəkən deyib ki, razılıq verəndən sonra Vüsal Ələkbərov 6 saylı Notariat Kontorunun notariusu Ərəstun İmanovu təcridxanaya çağırıb: "Evin satılmasına etiraz etmədiyim barədə ərizəni və notariat kitabında qrafanı imzaladım. Sonralar vəkilin çatdırdığı məlumatlardan və Vüsal Ələkbərovun deməsindən bildim ki, həmin evi 3 milyon manata satıblar. Amma evin kimin adına alqı-satqı edilməsindən xəbəri olmadı. Həmin gündən etibarən oğlum Kəraməti daha MTN-nə çağırmadılar. Mənim özümü də 2012-ci il, noyabrın 16-da həbsdən azad etdilər".
Zərərçəkən həbsdən azad ediləndən sonra bir neçə dəfə Mövlam Şixəliyevlə görüşdüyünü deyib: "Mövlam Şıxəliyevə dedim ki, evimi əlimdən almaqda düz iş görmədin. O da dedi ki, "mənlik deyil, nazirlə danışarsan, onun xəbəri var".
Həbsdən azad ediləndən sonra araşdırdım, öyrəndim ki, 11 sentyabr 2012-ci ildə evimi alqı-satqı yolu ilə Eldar Ələkbərovun adına rəsmiləşdiriblər. Ev sonradan etibarnamə əsasında Rizvan Hacıyevin, 2014-cü ildə onun adından Nazilə Rüstəmovanın adına keçirilib. Mən nə Eldarı, nə Rizvanı, nə də ki, Naziləni tanımışam. 2015-ci ildə MTN ləğv ediləndən sonra Nərimanov Rayon Məhkəməsinə müraciət edib alqı-satqı müqavilələrinin ləğv olunması, təzyiqlə əlimdən alınan evimin geri qaytarılması iddiası qaldırdım. Məhkəmə 24 noyabr 2016-cı ildə evin mənə qaytarılması barədə qərar qəbul etdi. Cavabdehlər apelyasiya şikayəti verdilər. Bu dəfə qərar onların xeyrinə verildi. Ali Məhkəməyə müraciət elədim. O zaman tanışım, əvvəllər işçim olmuş Anar Həmzəyev mənə müraciət elədi, dedi ki, Eldar Ələkbərov onun qohumudur. Obyekti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin adamına satıb. Buna görə də imkan varsa, iddiadan imtina edim. Anar Həmzəyev məni İlham Əliyevlə Həsən Əliyev küçəsindəki "Dəniz inciləri" restoranında görüşdürdü. Söhbət zamanı İlham Əliyevə razılıq verdim və buna görə də kassasiya instansiyası evlə bağlı Nazilə Rüstəmovanın xeyrinə qərar çıxardı. Sonradan başa düşdüm ki, evi məhz Anar Həmzəyevin özü və ya qohumları alaraq Eldar Ələkbərovun adına rəsmiləşdiriblər. Buna görə Anar Həmzəyev özü də ortalığa düşərək onu fikrindən çəkindirmək üçün İlham Əliyevi görüşə gətirib".
Etibar Əliyev qeyd edib ki, həbsdə olduğu dövrdə oğlundan da külli miqdarda pul alınıb:
"Oğlum Kəramət bankdan götürdüyü pulları MTN-nin inzibati binasına yaxın yerdə Vüsal Ələkbərov və Təhsin Ağayevə verib. Həmin vaxt şikayət etmədim. Çünki Eldar Mahmudovun rəhbərlik etdiyi MTN-nin məhkəməyə təsir edəcəyindən qorxurdum. Eldar Mahmudov, Mövlam Şıxəliyev, Təhsin Ağayev və Vüsal Ələkbərovun bu cür qanunsuzluqlarla axır-əvvəl ifşa olunacaqlarına əmin idim. Buna görə də gözləmə mövqeyi tutmuşdum. Həbsdən azad olunandan sonra, 2015-ci ilədək dəfələrlə MTN-nə Mövlam Şıxəliyevin otağına getmişəm. Bəraət almağa köməklik olunmasını istəmişəm. Mövlam Şəxliyev isə deyirdi ki, kömək edə bilməyəcək. Deyirdi ki, sənə bəraət verilsə, Vüsalla Təhsin tutulmalıdır".
Zərərçəkən deyib ki, Mövlam Şixəliyev, Vüsal Ələkbərov və Təhsin Ağayev onun barəsində istintaq edilən cinayət işi üzrə guya onunla əlbir olmaqla günahlandırılan bir qrup şəxsdən müxtəlif məbləğlərdə pul alıblar: "Banka pul qoyan adamları çağırıb pullarını alıblar. Mövlam Şıxəliyev və Vüsal Ələkbərov Nizami Kazımovdan 2 milyon dollar, Hüseyn Səfərovdan 2 milyon dollar, Namil Rzayevdən 500 min dollar, Elşən Mədətovdan 250 min dollar, Mehrac Qurbanovdan 200 min dollar, Bahəddin Sultanovdan 370 min dollar, həmyerlim və tanışım Akif Qurbanovdan 1 milyon manat, Rauf Kərimovdan 1 milyon manat alıb. Mövlam, Təhsin və Vüsal birlikdə "Texnikabank"ın Sumqayıt filialının rəhbəri Müsənnif Salahovdan 600 min manat, Mövlam Şıxəliyev şəxsən özü Anar Heydərovdan 300 min dollar alıb".
Zərərçəkən sərbəst ifadəsini yekunlaşdırandan sonra tərəflərin suallarını cavablandırıb.
Daha sonra Etibar Əliyevin oğlu Kəramət Əliyev də zərərçəkmiş şəxs qismində sərbəst ifadə verib:
"2012-ci il martın 6-da Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupu atamı evin qarşısında tutub İstintaq Baş İdarəsinə apardılar. Sonrakı günlərdə məni də istintaqa çağırdılar. Məni şöbə rəisi Vüsal Ələkbərov qəbul etdi. Dedi ki, üzünə adam qoyub tutacağam. Təhsin və Vüsal görüş zamanı məndən tutulmamağım üçün 3 milyon manat tələb edirdilər. Deyirdilər ki, Mövlam Şixəliyevin tələbi belədir, mənim məsələmin atamın məsələsinə aidiyyəti yoxdur".
Zərərçəkən deyib ki, həmin günlərdə Vüsal Ələkbərov onunla telefonla əlaqə saxlayaraq həbsdə olan atası ilə danışmasına şərait yaradıb:
"Atam qısa danışdı. Dedi ki, öz işini həll elə. Atam mənə görə narahat idi. Ona görə də Mövlam Şixəliyevin Vüsal və Təhsin vasitəsi ilə irəli sürdüyü tələblə razılaşdım. Onlara dedim ki, 500 min avro pul düzəldə bilərəm. Bundan sonra Təhsin məndən Mövlam Şixəliyevin pulu nə zaman verəcəyimlə maraqlandığını dedi, nə cavab verməsi barədə soruşdu. Mən də Təhsinə atamın dostu, türk iş adamı Əhmədə borc üçün müraciət etdiyimi dedim. Təhsin Əhmədin 050 211 20 93 nömrəsinə zəng edib “Kəramət sənə nəsə deyib?” soruşdu. O da cavabında sadəcə təsdiqlədi ki, demişəm. 3-4 gün sonra Əhməd 500 min avro pulu özünün “Port Baku”da yerləşən ofisində mənə verdi. Pulu həmin gün MTN-nin arxa qapısı, poliklinika tərəfdə Vüsal Ələkbərova verdim.Vüsal Ələkbərov nə qədər pul olduğunu soruşdu. Cəmi 500 min avro düzəldə bildiyimi dedim. O da Mövlam Şixəliyevin 3 milyon manat istədiyini deyib 500 min avroya razı olmayacağını bildirdi. Bundan artıq pul düzəldə bilməyəciyimi dedim. Vüsal pulu götürüb getdi.Pulu alandan bir müddət Təhsin və Vüsal məni narahat etmədilər.Sonra da Vüsal və Təhsin mənə əmlaklarımı satıb pul düzəltməyi təklif elədilər. Dedim ki, əmlaklarım həbsdədir. İsrarla pulun olmadığını deyəndə Vüsal Həsən Əliyev 63 ünvanında 5 mərtəbəli binanı onların adamına satmağımızı istədi. Dedi ki, həmin əmlakı həbsdən çıxaracaqlar. Əmlak anam Esmira Bayramovanın adına idi. 11 sentyabr 2012-ci ildə anamla notariusun binasına getdik, orada Vüsal Ələkbərov obyekti öz adamları olan Eldar adlı şəxsə satacağını deyib çıxıb getdi. Vüsal Ələkbərov tələb edirdi ki, alqı-satıqını elə notariusda edib pulu ona verim. Sonra 28 may metrosuna yaxın “Bank Respublika”nın filialına getdik. Anam pulu oradan götürdükdə obyektin 3 milyon manata satıldığını bildik. Həmin gün pulu aparıb Vüsal və Təhsinə verdim".
Məhkəmənin növbəti iclası mayın 23-nə təyin edilib.
Xatırladaq ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.
NAXÇIVANIN BAŞ NAZİRİ VƏÖZİFƏDƏN AZAD OLUNDU - Yeni təyinat
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
Qırğızıstan prezidenti Füzuliyə gedib - İlham Əliyev qarşılayıb
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb