Lənkəran, Cəlilabad, İsmayıllı, Qax və Zaqatalada qanunsuz ağackəsmə ilə bağlı 5 cinayət işi açılıb

img

13-05-2022 [12:22]


Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Lənkəran, Cəlilabad, İsmayıllı, Qax və Zaqatala rayonlarının ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış araşdırma nəticəsində 5 cinayət işi başlanılıb.

Mia.az xəbər evrir ki, bu barədə prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət və bələdiyyələ torpaqlarında, həmçinin ağackəsmənin icazə verilmədiyi ərazilərdə ərazilərdə meşə fonduna daxil olmayan və meşə fonduna aid olan ağacların kəsilməsi nəticəsində ümumilikdə 72 min manat ziyan dəyib. Qanunsuz ağackəsmə hallarının aidiyyəti vəzifəli şəxslərin yaşıllıqların mühafizəsi sahəsində üzərilərinə düşən vəzifələrin icrasına səhlankar yanaşması müəyyən edilib.

Cinayət işləri Cinayət Məcəlləsinin 259.1, 259.2.4 və 314.1 maddələsi ilə başlanılaraq istintaqın aparılması üçün rayon aidiyyəti üzrə rayon prokurorluqlarına göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA