Sumqayıtda məşhur şirkətin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

img

11-05-2022 [11:00]


Bu gün səhər saatlarında Bakı-Quba yolunun Sumqayıt Texnologiyalar Parkından keçən hissəsində "Hyundai" markalı mikroavtobus qəza törədib.

Mia.az Report-a istinadla xəbər verir ki, qəza nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Təcili Tibbi Yardım Stansiyasına xəsarət alanların olması ilə bağlı çağırış daxil olub: "Həmin şəxslər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün buraxılıb".

Hüquq-mühafizə orqanlarından "Report"a bildirilib ki, qəza nəticəsində xəsarət alanlar "METAK" şirkətinin əməkdaşları olub. Mikroavtobus da həmin şirkətə məxsus olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA