Bakıda qadın həkim həbs olundu - 26 hərbçinin şikayəti əsasında

img

29-04-2022 [16:05]


Bakıda 26 hərbçiyə qarşı dələduzluq edən həkim həbs olunub.

Mia.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırma nəticəsində Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim-mütəxəssisi Natəvan Məmmədovanın həmin Poliklinikada işlədiyi dövr ərzində müayinələrdən keçmiş hərbi qulluqçuların guya qanında şəkər xəstəliyi göstəricilərinin normadan yüksək olmasını bildirib cavabların müsbət yazılması müqabilində müxtəlif vaxtlarda 26 nəfər hərbi qulluqçudan aldatma yolu ilə cinayət məsuliyyətinə səbəb olmayan kiçik məbləğlərdə pul vəsaitini tələb edərək dələduzluq yolu ilə özgənin əmlakını talayıb:

"İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib, N.Məmmədovanın barəsində 3 ay müddətində inzibati həbs tənbehi tətbiq edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA