04-04-2014 [09:55]
Heydər Əliyev Mərkəzində "YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı və dəstəyi ilə Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətini əks etdirən "Love Me, Love Me Not” adlı sərgiyə start verilib.
Mia.az xəbər verir ki, sərginin açılışını edən"YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova son dərəcə müasir dizaynı ilə bu məkanı ziyarət edənləri heyrətləndirən Heydər Əliyev Mərkəzində açılmış bu sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Aida Mahmudova deyib ki, bu sərgidə bir araya gələn ən müxtəlif mədəniyyətləri təmsil edən çox nüfuzlu rəssamların işləri nümayiş olunur. Qeyri-kommersiya təşkilatı olaraq, yerli icmalarda böyük işlər görmüşük və beləliklə, Venesiya- "YARAT” və onun böyük komandasının nələr təşkil etdiyini göstərmək üçün beynəlxalq auditoriya qarşısında bir araya gəlmişik.
Sərginin insanların xeyirxah dəstəyi, gərgin əməyi və nəhəng yaradıcılıq səyi olmadan baş tutmasının mümkünsüzlüyünü diqqətə çatdıran Aida Mahmudova bu işə kömək göstərmiş hər kəsə, o cümlədən rəssamlara, kurator Dina Naseri-Xadiviyə, sponsora təşəkkür edib.
Tədbirdə çıxış edən sərginin kuratoru Dina Naseri-Xadivi demişdir ki, bu layihə artıq bir ildir həyata keçirilir. Düşünürəm ki, bu layihə çərçivəsində mədəniyyət mübadiləsi dəyərləri barədə məlumatlandırma çox yüksək səviyyədə təşkil edilib.
Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.
Sərgidə Azərbaycan, İran, Rusiya və Gürcüstanı təmsil edən 16 rəssamın, o cümlədən ölkəmizdən Faiq Əhməd, Rəşad Ələkbərov, Rəşad Babayev, Əli Həsənov, Orxan Hüseynov, Sitarə İbrahimova, Aida Mahmudova və Fərid Rəsulovun, İrandan Əfruz Amigi, Şoja Azəri, Mahmud Baxşi, Əli Bənisədr və Fərhad Moşirinin, Rusiyadan Taus Maxaçevanın, "Avrasiya”dan "Slavyanlar və tatarlar” qrupunun, Gürcüstandan İliko Zautaşvilinin əsərləri nümayiş etdirilir.
Sərgidə videoçarxlar, instalyasiyalar və rəngkarlıq əsərləri daxil olmaqla, müxtəlif materiallardan hazırlanmış və müxtəlif mövzuları əhatə edən işlər təqdim olunur. Nümayiş olunan əsərlər sırasında tarixi hadisələri əks etdirən və ya müəyyən məkanla bağlı işlər, habelə şəxsi təəssüratlar nəticəsində yaradılan nümunələr də yer alıb.
Rəssam Faiq Əhmədin əsərlərinin əsas mövzusu Azərbaycan xalçalarına xas süjetlərdir. O, həmin süjetləri Azərbaycanın müasirlik istiqamətində sıçrayışını xüsusi vurğulamaqla yeni tərzdə yaradır. Rəssamın 2012-ci ildə yaratdığı "Adsız” adlı iplər instalyasiyası ənənəvi toxuma texnologiyasına baxışları alt-üst edərək, vərdiş etdiyimiz ikiölçülü xalça müstəvisini üçölçülü məkana çevirir.
Rəssam Şoja Azəri indiyədək yaratdıqlarının sırasında ən iddialı əsərində - xüsusi sifarişlə çəkilən filmdə - XII əsrdə Nizami Gəncəvinin "Həft peykər” ("Yeddi gözəl”) romantik poemasını yaddaşda canlandırır. Poemanın əsas mövzusu bəşəriyyətin maarifləndirməsində istifadə olunan özünü dərketmədir.
Rəssam Əli Bənisədr sərgiyə özünün indiyədək yaratdığı ən böyük əsərini gətirmişdir. Əsər hər mövzunu əhatə edən, atəş və nur simvoluna əsaslanan triptixdir. Vaxtilə Azərbaycanda və İranda yayılmış bu ünsürlər, habelə fars dilində "atəşin keşikçiləri” mənasını verən "Azərbaycan” sözünün özü də zərdüştlüyün regionda bərqərar olunması ilə bağlı nişanələrdir. Boyalardan və rəngkarlıq texnikasından məharətlə istifadə edən rəssam uşaqlıqdan xatirələrində həkk olunan obrazları, özünəməxsus tarixi dərk etmə üsullarını və gündəlik həyatla bağlı müşahidələrini kətan üzərinə köçürür. Bu zaman o, hərəkət, enerji və mücərrədlik kimi məziyyətləri izhar edərək bəşəriyyətə məxsus və bəsirət gözü ilə görünən əlamətləri canlandırır.
Əli Bənisədrin əsərləri bir çox dövlət muzeylərinin, o cümlədən Nyu-Yorkun "Metropoliten” İncəsənət Muzeyinin, Los-Anceles Müasir İncəsənət Muzeyinin, "Saatçi” sərgi salonunun və Londonda yerləşən Britaniya Muzeyinin kolleksiyalarında saxlanılır.
Rəssam Taus Maxaçeva 2012-ci ildə Liverpul Biennalesində nümayiş olunan və Böyük İpək Yolunda yerləşən tərk edilmiş şəhər Qamsutl haqqında eyniadlı filmi təqdim edir. Filmin qəhrəmanı rəqs edərək hazırda qismən tərk edilmiş şəhərin görüntülərini nəzərə çatdırır.
"Slavyanlar və tatarlar” rəssamlar qrupunun 2012-ci ildə təbii ölçüdə yaratdığı "Molla Nəsrəddin-antimodernist” adlı heykəltəraşlıq əsəri XIII əsrdə yaşamış məşhur sufi filosofundan bəhs edir. Bu əsər həm böyüklər, həm də uşaqlar üçün müəyyən mənada "oyun meydançası” rolunu oynayır. Tamaşaçıların iştirakını nəzərdə tutan əsəri yaratmaqla, müəlliflər sadə yumor hisslərini işə salaraq, səxavət və iştirakçılıq kimi məziyyətləri bir daha vurğulamış olurlar. Bundan əlavə, XX əsrin əvvəllərinə aid Azərbaycanın satirik personajı Molla Nəsrəddin nəinki milli mənliyin formalaşmasına təsir etmiş, həmçinin mətbuatın gücünün nümayişinə müvəffəq olmuşdur. Yaratdıqları "Love Me, Love Me Not” instalyasiyada müəlliflər məsələnin ziddiyyətli mahiyyətini aşkar etmək məqsədilə ikinci dərəcəli məqamlardan imtina edirlər - bölgədə vaxtaşırı özünü büruzə verən təkamülü izhar edən və uşaqların bir-biri ilə dalaşmasına bənzəyən ənənələr uğrunda döyüş bütün nəhəng şəhərləri əhatə edir.
Azərbaycanın və qonşu ölkələrin rəssamlarının əsərlərini bir sərgidə toplayan "Love Me, Love Me Not” sərgisi qeyd olunan ölkələrin müasir incəsənətinə dair yeni baxışları təqdim edir.
Açılış mərasimində iştirakçılara sərginin kataloqu da təqdim olunub. Kataloqunun redaktorları kurator Dina Naseri-Xadivi və Fərəh Rəhim İsmayıldır. Kataloqun hazırlanmasında "Teyt Modern” sərgi salonunun kurator köməkçisi Nəda Rəza, "Metropoliten” İncəsənət Muzeyinin müasir və modern incəsənəti üzrə kuratoru Nikolas Kullinan, yazıçı, "Bidoun Projects” nəşrinin baş redaktoru Nigar Əzimi, Nyu-York Şəhər Universitetinin aspirantı Monika Steynberq, Rusiya, Mərkəzi Asiya və Qafqaz ölkələrinin müasir incəsənəti üzrə mütəxəssis, yazıçı Suad Qarayeva və "Slavyanlar və tatarlar” qrupu yaxından iştirak ediblər.
"Love Me, Love Me Not” Azərbaycanda müasir incəsənətin inkişafı və dəstəklənməsi ilə məşğul olan, qeyri-kommersiya əsaslarında fəaliyyət göstərən "YARAT” Müasir İncəsənət Məkanının layihəsidi.
Sərgi mayın 25-dək davam edəcək.
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb