02-04-2014 [21:27]
Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. MŞ sədri Əflatun Amaşov iclası açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq yekdilliklə bəyənilib.
Öncə Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının rəyləri və «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının təqdimatı əsasında qərarlar çıxarılıb. «Aqrolizinq» ASC-nin və «Azərenerji» ASC-nin «Yeni Cümhuriyyət» qəzetində gedən materiallarla bağlı şikayətləri əsasında sözügedən nəşrə Mətbuat Şurasının xəbərdarlığının elan edilməsi məqsədəuyğun sayılıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin «Azadlıq» qəzeti ilə bağlı müraciətində cavabdeh tərəfin etik prinsipləri pozduğu müəyyənləşdirilib. İclasda həmçinin «İqtisadiyyat və kölgə» və «Kölgəli iqtisadiyyat və korrupsiya» qəzetlərinin MŞ-nin «qara siyahı»sına salınması qərara alınıb.
Daha sonra MŞ sıralarına qəbul keçirilib. Müzakirələrdən sonra «Ərgünəş» Nəşriyyat-Poliqrafiya Müəssisəsi, «Əks səda», «Haqqın nuru», «The Bisiness Times», «Araz media» qəzetləri, «Vətəndaş cəmiyyəti», «Söz», «Musiqi dünyası», «Sənətkar», «Xəyal Production», «Azərbaycan xalçaları», «Atilla» jurnalları, "azwision.az”, "femida.az”, "qaynar.info”, "supersport.az”, "zengezur.com”, "visiontv.az”saytları Mətbuat Şurasının sıralarına qəbul olunublar.
Müzakirələrin gedişində o da bildirilib ki, üzvlüyə qəbul olunan xəbər saytlarının hüquqi statusu ilə bağlı məsələlərə diqqət yetirilməlidir. Çünki MŞ sıralarına qəbulda təşkilatın hansısa formada hüquqi şəxs olması nəzərə alınır. Üzv qurumlar fəaliyyətlərini tələbin ciddiliyini qorumaqla qurmalıdırlar. MŞ-nin Katibliyi qarşıdakı iki ay müddətində bunu nəzarətdə saxlayacaq.
Gündəlikdə duran növbəti məsələ Azərbaycan Mətbuat Şurasının «apellyasiya qrupu»nun təqdimatı əsasında MŞ-nin qərarlarının çıxarılması olub. Məlumat üçün bildirilib ki, Şuranın «qara siyahı»sında yer alan kütləvi informasiya vasitələrinin siyahıdan çıxmaqla bağlı müraciətlərini araşdıran qrup həmin nəşrlərin fəaliyyətinə dair monitorinqlər aparıb. Onlardan bir çoxunun fəaliyyət göstərmədiyi, digərlərinin isə peşə davranışı qaydalarını pozmayacaqları ilə əlaqədar öhdəlik götürdükləri diqqətə çatdırılıb.
Müzakirələr gedişində «Radikal», «Millətim», «Gündəm xəbər», «Yeni dövr», «Bizim dövr», «Qanun və nəzarət», «Təzadlar», «Mühakimə», «Müstəqil dövlət», «Azad press», «Dəryaz», «Xüsusi tədqiqat», «Gün», «Gündəlik Bakı», «Taran», «Reallıq», «Kriminal aləm», «Fakt+fakt»qəzetlərinin üzərində dayanılıb. Bildirilib ki, bu KİV-lərin hazırda fəaliyyətdə olanlarına xüsusi diqqət yetirilməli, onların iş prinsiplərindəki neqativ cəhətlərin təkrarlanmaması üçün xəbərdarlıqlar edilməlidir. «Qara siyahı»dan çıxmanın heç də yenidən siyahıya düşməkdən sığortalamadığı vurğulanıb, Şuranın Katibliyinə KİV-lərin hər birinə müvafiq tövsiyə mətninin ünvanlanması tapşırılıb. Sözügedən nəşrlərin «qara siyahı»dan çıxarılması məsələsi səsə qoyularaq qəbul edilib.
İclasda məlumat verilib ki, Mətbuat Şurasına özünü Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı adlı təşkilatın nümayəndəsi kimi təqdim edən bəzi şəxslər yerlərdə müxtəlif vəzifə sahiblərinə maddi təmənna ilə diplom təqdim etmələrinə dair məlumatlar daxil olmaqdadır. Bəzən bu şəxslərin istəklərinə nail olmadıqları təqdirdə şantaja əl atdıqları və hədə-qorxu gəldikləri də vurğulanır. Mətbuat Şurasının nümayəndələrinin belə şikayətlərdən birini araşdırmaq istəkləri də onların nalayiq davranış tərzini bir daha ortaya qoyub. Buna görə də MŞ-nin İdarə Heyəti sözügedən təşkilatla əlaqədar məsələnin ciddi şəkildə araşdırılması qərarına gəlib. Bunun üçün İdarə Heyətinin üç üzvündən ibarət işçi qrupu formalaşdırılıb. Qrupun işinin yekunu olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət ünvanlanacaq, media təşkilatı kimi jurnalistikadan sui-istifadəyə yol verənlər haqqında qanunauyğun tədbirlərin görülməsi məsələsi hər iki dövlət orqanı qarşısında qaldırılacaq.
Ali məktəblərin jurnalistika fakultəsinə qəbul zamanı qabiliyyət imtahanlarının tətbiqi ilə bağlı məsələnin müzakirəsi zamanı mövcud istiqamətdə MŞ-nin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə apardığı işlərə nəzər salınıb və müsbət qiymətləndirilib.
***
Mətbuat Şurasının qəzet yayımı ilə məşğul olan komissiyasının növbəti iclası da keçirilib. Komissiyanın sədri, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə toplantını açaraq qurumun ötən müddətdə gördüyü işlər barədə ətraflı məlumat verib. Mövcud istiqamətdə bir sıra pozitiv meyllərin yarandığını diqqətə çatdıran V.Rəhimzadə müəyyən çətinliklərin aradan qaldırılmasının vacibliyini də vurğulayıb.
İclasda xüsusən də paytaxtda qəzet yayımını həyata keçirən «Əks səda» firmasının qəzetlərin yayım göstəricilərinə dair sənədləri ətrafında müzakirələr gedib. Firmanın direktoru Vüqar Həsənli bildirib ki, rəhbərlik etdiyi təşkilat 91 qəzet redaksiyası ilə müqavilə bağlayaraq onların məhsullarını yayır və həmin KİV-lərin satış göstəricilərinin əks olunduğu rəsmi sənəd təqdim etmək imkanındadır.
İclasda «Əks səda» firmasının qəzet satışındakı rentabelliyin artırılması ilə bağlı təkliflərinə də nəzər salınıb. Çıxış edənlər mövcud istiqamətdəki məsələlərin redaksiyaların iştirakı ilə geniş müzakirəsinin təşkilini məqsədə uyğun sayıblar. Belə bir toplantının baş redaktorların iştirakı ilə gələn həftə keçirilməsi qərara alınıb.
"Turan Tovuz" "Kəpəz"i xalsız qoydu
Jurnalist söyüş söyən aktyora kəllə atdı - Türkiyədə
BMT-nin İrana qarşı sanksiyaları yenidən aktivləşdi - Qərb Tehrana həm çağırış etdi, həm də hədələdi
Aparıcı ilə müğənni efirdə "qırğın"a çıxdı - VİDEO
Bayrağımızda səhv etdilər - Anım Günü ilə bağlı (FOTO)
Türkiyədə zəlzələ olub - 5.4 bal gücündə
"Rusiyaya ən ağır zərbələri vuracağıq" - Zelenski
III MDB Oyunlarının Media mərkəzi fəaliyyətə başlayıb
Aşqabaddan İstanbula uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Amerikalı nazir: "Azərbaycanın böyük enerji ehtiyatları var və..."
Misir prezidenti: "İsraillə müharibəyə girə bilmərik"
GENERAL VƏZİFƏDƏN AZAD EDİLİB - Fərid Əsgərov əmr imzalayıb
İntim videoları ilə məşhurlaşan FHN-nin polkovnikinə "yox" deyildi
Prezidentin əlindən tutduğu Nilay: "Soruşdu ki, harada qalıram?" - VİDEO, FOTOLAR (YENİLƏNİB)
İkinci Şəhidlər xiyabanının adı dəyişib - Açıqlama
Yol (esse)
General Mais Bərxudarov uzun müddət sonra göründü - FOTO
Prezident Gəncədə: Anım Günü qeyd edildi, Memorial Kompleksi, Avtoparkın, stadionun açılışları oldu - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Yevlaxda - Açılış + FOTOLAR
Azərbaycanda bir dəqiqəlik sükut olub
Ombudsman bəyanat yaydı - MƏTN
Prezident İlham Əliyev ABŞ-dan Vətənə dönüb
Azərbaycan xalqı Anım gününü qeyd edir - Dövlət və hökumət rəsmiləri Zəfər parkında + FOTOLAR (YENİLƏNİB)
Azərbaycan nefti 74 dollara satılır
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım - FOTO
Prezidentdən Anım Günü ilə bağlı paylaşım - FOTO
Bu gün ANIM GÜNÜdür
Lamine Yamalın keçmiş sevgilisindən şok iddia: "Onun seksual qızlardan ibarət "ordu"su var, qrafikə uyğun..."
Mauro İkardi qol atdı, "Qalatasaray" qalib gəldi
Ərdoğan Britaniyanın Baş naziri ilə müzakirə aparıb - Telefonda
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında: Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub
Qəzzada yardım gözləyən 24 nəfər öldürülüb
“İmişli” və “Zirə” bir xala razılaşıblar
CHP Gürsel Təkini partiyadan qovub
Nazirlikdən hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rəsmi Moskvadan Trampın Ərdoğana “Rusiyadan neft alışını kəs" çağırışına - Reaksiya
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
Fransa şokda - Dünya çempionu oğurluqda ittiham olunur
Serxio Buskets yaşıl meydanla vidalaşır: "Müqavilə yenilənməyəcək"
"Liverpul"dan ibarətlik addım - Qəzada ölən oyunçunun bütün maaşı ailəsinə ödənilib
Abşeronda qətl törədən ata-balanın cinayət işi məhkəməyə göndərilib