Rusiya Xəzərdən Odessaya zərbə endirib - Xeyli ölən və yaralananlar var

img

23-04-2022 [19:12]


Rusiya hərbçilərinin Odessaya endirdiyi hava zərbəsi nəticəsində azı 5 nəfər ölüb, daha 18 nəfər yaralanıb.

Bu barədə Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

O qeyd edib ki, yaralıların və ölənlərin sayı artacaq. Ölənlər arasında üç aylıq körpə də var.

Raketlər Rusiyanın TU-95 strateji aviasiya təyyarəsi tərəfindən Xəzər dənizindən buraxılıb. Ukrayna hərbçiləri Rusiyanın iki qanadlı raketini və iki operativ-taktiki PUA-nı vurub.

Bununla belə, daha iki raket hərbi obyektə və iki yaşayış binasına düşüb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA