Rusiya Ukraynaya Qara dənizdəki sualtı gəmilərdən raket zərbələri endirir: "Raketlər 50 metr dərinlikdən buraxıldığı üçün radar və peyk təsbit edə bilmir”

img

23-04-2022 [11:50]


"Rusiya ordusu Ukraynaya raket zərbəsi endirmək üçün sualtı qayıqlardan istifadə edir".

Bunu Odessa vilayəti hərbi administrasiyası əməliyyat qərargahının mətbuat katibi Sergey Bratçuk bildirib.

Onun sözlərinə görə, Ukrayna ərazisinə “Kalibr” tipli raketlərdən zərbə endirmək məqsədilə rəqib Qara dənizdə azı 4 sualtı qayıqdan istifadə edir: “Söhbət “Paltus 877” sualtı layihəsindən gedir. Raketlər 50 metr dərinlikdən buraxılır. Bu halda onları radar və peyk təsbit edə bilmir”/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA